İqtidar köhnə qumarbaz, xalq susqun
Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat katibinin dediyinə görə, ölkə Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı proses barədə ölkə rəhbərliyi yekun mövqeyini gələn ilin fevral, ya da mart ayında açıqlayacaq.
Bəyanat erməni müxalifətçilərini az qala eyforiyaya sürükləyib.
Sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi (EMK), Raffi Hovvanisyanın sədr olduğu İrs Partiyası və sədr postunda oliqarx Qagik Sarukyanın oturduğu "Çiçəklənən Ermənistan" Partiyası sanki bəhsə giribmişlər təki, "müxalifət qüvvələrinin uğuru, geniş xalq kütləsinin qəti hərəkətləri qarşısında hakimiyyətin geri çəkilməsi"ndən bəhs edirlər.
Həmişə olduğu kimi, bu dəfə də adı çəkilən "lider"lərin hər biri olmayan uğurun banisi, memarı və səbəbkarı olduğunu vurğulayır, məhz onun başçılıq etdiyi strukturun liderliyi sayəsində belə irəliləyiş əldə edildiyini deyir.
O da təkrarlanır ki, Serj Sarkisyan rejiminin dağılmasına, Yerevan iqtidarının çökməsinə və hakimiyyət dəyişikliyinə çox qalmayıb.
Efemer, puç sözlər.
Təbii, Ermənistan prezidenti konstitusion islahatlarla bağlı referendum keçirməyə tələsmir və hakimiyyəti üçün önəmli qərardan əvvəl bir qədər vaxt qazanmaq, taym-aut götürmək istəyir. Rejim bu islahatların kütlə tərəfindən qıcıqla qarşılandığını bildiyindən məramına çatmaq üçün ən effektiv yolları, işlək variantları arayır.
Müxalifətin aktivləşməsini də nəzərə almaq məcburiyyətində qalan S.Sarkisyan qarşı düşərgənin zəiflədilməsi, rəqiblərin sıralarının pozulması və ona düşmən kəsildiklərini deyənlərin də boğazdan yuxarı, bəlağətli çıxışlarının arxasında duran merkantil istəklərinin mahiyyətinin dəqiqləşdirilməsi üçün yeni addımlar atmaq niyyətindədir.
Eyni zamanda, hakimiyyət düşərgəsi daxilində də yerdəyişmələr labüddür.
Hansısa məmurun işdən qovulması, yaxud başqa işə təyinat almasından sonra Yerevandakı müxalifətin bu olayları məhz "anti-iqtidar qüvvələrinin hakimiyyətə təzyiqlərinin nəticəsi" kimi qələmə verəcəyini bəribaşdan təxminləmək asan işdir. Amma apreldə baş nazir Tiqran Sarkisyanın postundan kənarlaşdırılmasında müxalifətin aksiyalarının rolu nə qədər oldusa, yeni yerdəyişmələrində anti-Sarkisyan güclərinin rolu bir o qədər olasıdır.
Yəni belə təsir və rol ümumiyyətlə yoxdur, yaxın gələcəkdə təzahürü də gözlənilmir.
S.Sarkisyan xalq narazılığının səviyyəsini aşağı salmaq, konstitusion islahatlar kimi qələmə verdiyi neobolşevik dəyişikliklərin effektiv alınması üçün apreldə başladığı prosesi davam etdirəcək.
Proses gedir.
Sünik vilayətinin qubernatoru vəzifəsinə "seçkilər" nəticəsində "Liska" ləqəbli oğru, ölkənin ən şərəfsiz və qəddar məmurlarından biri Suren Xaçatryanın qaytarılması, daha sonra baş nazirin müavini və regional idarəetmə naziri Armen Gevorqyanın işdən kənarlaşdırılması apreldəki "yenilənmə"lərin yeni mərhələləri idi.
Maraqlı situasiya müşahidə olunur: Sarkisyan yeni oyuna regional idarəetmə sahəsindəki iki önəmli qərarla başlayıb. Yəni Ermənistan prezidenti faktiki olaraq hakimiyyətinin möhkəmləndirilməsinə və Konstitusiyaya dəyişikliklərə hazırlıqla bağlı işlərə paytaxtda yox, əyalətlərdə başlayıb.
Təəccüblü deyil: 2013-cü ildəki prezident seçkilərində Serj Sarkisyan hakimiyyətin inzibati resurslarının bütün oyunlarına və nəticələrin saxtalaşdırılmasına rəğmən, bir neçə şəhərdə İrs Partiyasının sədri Raffi Hovvanisyana uduzmuşdu.
Həmin uğursuzluqları unutmayan Ermənistan prezidenti seçkilərə hazırlığın sözügedən şəhərlərdə "gərəkli səviyyədə olmaması"nın qisasını regional idarəetmə nazirindən alıb.
S.Sarkisyan A.Gevorkyanı işdən kənarlaşdırmaqla kifayətlənən deyil və iqtidarında "zəif bənd" saydığı fiqurlardan qurtulmağa davam edəcək.
Proses gedir və Yerevandakı rejim yeni kadr bölgüsü sxemini reallaşdırmaqdadır. Elə A.Gevorqyanın postundan uzaqlaşdırılmasına nəzər salmaq yetər.
Regional idarəetmə naziri indiyədək həm də baş nazirin müavini idi. Bundan sonra isə baş nazirin müavini postuna başqa nazir təyinat alacaq.
Serj Sarkisyanın ənənəvi idarəçilik modelidir. O, 2008-ci ildə prezident seçiləndən bəri iqtidar düşərgəsində təmərküzləşmiş güc mərkəzinin yaranmasının qarşısını almaq üçün müxtəlif qrupların öz aralarında didişmələrinə rəvac verir, güclənə biləcək fiqurları zəiflədir və beləcə, zahiri yeknəsəq olan konstruksiyanı içdən silkələyərək heç bir bəndin sabit olmasına imkan vermir.
Bundan başqa, Serj Sarkisyan baş nazir Ovik Abramyanın mövqelərinin güclənməsinin də qarşısını alır, çünki hökumət başçısı müxalifətlə sürəkli sövdələşmələr apardığından və ən başlıcası, sabiq prezident Robet Köçəryanla əlaqələri tam kəsmədiyindən prezident ona etibar etmir.
Bəhs etdiyimiz hadisələrin məcrasında baş nazirin müavini postuna elə Ovik Abramyanın adamının təyinatı da istisna edilmir. İlk baxışdan paradoksal görünən bu ehtimal əslində sadə məzmunludur: Serj Sarkisyan belə təyinatla hökuməti bütünlüklə Ovik Abramyanın nəzarətinə verdiyi ilə bağlı görüntü yaradır, əslində isə iqtidar daxilindəki qarşıdurmaları Ovik Abramyan-Robert Köçəryan münasibətləri müstəvisinə keçirir.
Sonucda həm Ovik Abramyan, həm də Robert Köçəryanın potensialları zəifləyir, mövqeləri gücdən düşür.
Və ən nəhayət, ssenarinin son mərhələsi Serj Sarkisyanın konstitusion islahatlarla bağlı referenduma hazırlıq prosesini gələn ilin fevral-mart ayınadək təxirə salmaqla vaxt qazanır, həm də zərbələri Ovik Abramyan, Robert Köçəryan və müxalifətə yönləndirir - özü isə 2017-2018-ci illərdə yaşanacaq olaylara hazırlaşmağa başlayır.
Optimal ssenari, düşmənlərin bir-birlərini zəiflətmələrinə hesablanmış oyundur.
Ermənistan müxalifəti bu dəfə də oyuna getsə, 2018-ci ilədək Yerevanın taleyini yalnız bədbin çalarlarla əks etdirmək olar.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Lavrovla Fidan görüşdü
-
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib - FOTO
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
XƏBƏR LENTİ
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu





