Azərbaycanın millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar haqqında danışıb.
Trend-in məlumatına görə, Assambleyanın payız plenar sessiyasının ikinci iş günündə rasizm, dözümsüzlüyün artması ilə bağlı məsələ ətrafında çıxışı edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Q.Paşayeva Ermənistan tərəfindən girov götürülən azərbaycanlılara - Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçirildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, dünyada və Avropa məkanında rasizmin, nifrətin, tolerantsızlığın artması bizi ciddi narahat etməli, təşkilata üzv ölkələr bu problemi görməzdən gəlməməli və bütün bunların qarşısını almaq üçün harada baş verməsindən asılı olmayaraq, ciddi addımlar atılmalıdır: "Böyüyən gənc nəsillər etnik mənsubiyyətindən, dini kimliyindən, cinsi və sosial statusundan asılı olmayaraq, hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüdülməlidir. Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə - dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirib çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm".
Millət vəkili əlavə edib ki, Ermənistanda tolerantsızlığın, nifrətin və rasizmin təhsil sistemində, siyasətçilərin çıxışlarında və KİV-də geniş yayılması nəticəsində Ermənistanda etnik təmizləmə siyasəti aparıldı və 1988-ci ildə bu ölkədə yaşayan azərbaycanlıları zorla öz evlərindən çıxararaq qovdular: "Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalıda soyqırım həyata keçirdi. 1 milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salındı və onlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. Ermənistan AŞ PA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək Azərbaycan torpaqlarını işğaldan azad etmir. Bu qətnamənin yerinə yetirilməsi istiqamətində addımlar atmaqdansa, Ermənistan nümayəndə heyətinin bəzi üzvləri burada Azərbaycanla bağlı dezinformasiyalar səsləndirirlər. Əgər siz Azərbaycana gəlsəniz, ölkəmizdə yaşayan Azərbaycan vətəndaşı olan ermənilərlə görüşə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamızı zorla öz evindən qovulub. Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbiristanlıqlar belə dağıdılıb və bizim əlimizdə sizə göstərmək üçün kifayət qədər foto və video materiallar var".
Q.Paşayeva bildirib ki, Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər: "Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib, Şahbaz Quliyev və Dilqəm Əhmədova əziyyət və işgəncələr verilməkdə davam edir və onlar hələ də girov saxlanılır. AŞ PA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır. Düşünə bilirsinizmi, 20 ilddən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan dözə bilməyib öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyətlər verilir".
Milli.Az
Siyasət
AŞ PA-da Kəlbəcərdə ermənilərin girov götürdüyü azərbaycanlıların məsələsi qaldırıldı
30 Sentyabr 2014 17:36
Baxış: 711
DİGƏR XƏBƏRLƏR
- XİN-dən Fransaya CAVAB
- Prezidentin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb - FOTO
- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - FOTO
- Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub - FOTO
- 10 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi – TƏFƏRRÜAT
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
XƏBƏR LENTİ
- "Oğlanlar qız paltarı geyinmək üçün rəqabətə giriblər"
- Yeni Kaledoniyadakı iğtişaşlar Fransanın neokolonial siyasətinin uğursuzluğunu sübut edir - La Gazette du Caucase
- Cahangir Cahangirov adına Xorun “Ver sözə ehya” adlı konsert proqramı keçirildi - FOTO
- Göygöl və Gədəbəydə qanunsuz tikililər söküldü - VİDEO
- MMA döyüşçüsü silahlı hücuma məruz qaldı
- 6 ayda 10 min nəfər evləndi, 5 mini boşandı
- Sankt-Peterburqdakı atışmaya görə erməni biznesmen saxlanıldı - FOTO
- Nia liftdə VİDEOsunu yayan şəxsdən DANIŞDI: "Onu Şəhla..." - VİDEO
- Sifarişlə adam oğurluğunda günahlandırılan dünya və Avropa çempionları ilə bağlı QƏRAR
- Vuçiçi ölümlə təhdid edən şəxsi saxlanıldı
- Yanaraq külə dönən “Ağ çiçəyim”in hazırki halı - VİDEO
- XİN-dən Fransaya CAVAB
- Nazilə xına məclisində DOLLAR PAYLADI, sonra isə... - VİDEO
- Avropa çempionatına qatılacaq bədii gimnastlarımız bəlli olub - HEYƏT
- Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?
- Prezidentin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb - FOTO
- Vardanyanın həbs müddəti uzadıldı
- Gürcüstanda dövlət çevrilişi hazırlanır - Görün hansı ölkələrin əli var
- AFFA-dan “Zirə”yə xəbərdarlıq
- II və III qruplar üzrə qəbul imtahanları bu tarixdə keçiriləcək
- Xalq artisti: "Bu yaşımda söyülürəm"
- İrəvanda polis hökumət binasını mühasirəyə aldı
- Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı
- Texasda barj dəhşətli qəza törətdi: Körpünün bir hissəsi uçdu - VİDEO