Səməd Seyidov: "AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılması vacibdir"
"AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılması vacibdir". Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında qurumun Daimi komitəsinin fəaliyyətinə dair hesabat ətrafında aparılan müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O qeyd edib: "Hər dəfə regionumuzda cərəyan edən problemlərlə bağlı anlaşmaya yaxınlaşdıqda - bu xüsusda Dağlıq Qarabağ münaqişəsini qeyd etmək istərdim - AŞ PA-dakı erməni deputatlar bildirirlər ki, bu problemləri yalnız ATƏT-in Minsk qrupu həll etmək imkanındadır. Bəs hazırkı Assambleya Dağlıq Qarabağ üzrə Alt komitə yaratmaq istəyəndə siz harada idiniz? Biz məsələyə dair sizinlə burada müzakirələr aparmaq istədik. Siz isə bundan imtina etdiniz. Bizim Assambleyanın sədri hər iki ölkənin nümayəndə heyətlərinə danışıqlar masası ətrafında oturmağı, bu mürəkkəb vəziyyətdən qəbul edilə biləcək çıxış yolu tapmaq üçün təkliflə çıxış etdiyi zaman siz harada idiniz? Siz yenə də imtina etdiniz. Avropa Şurası və AŞ PA-nın erməni və ya Azərbaycan tərəfini deyil, özünün təyin etdiyi bitərəf məruzəçisinin mövqeyini eşitməyə belə razılıq vermirsinizsə və hər dəfə yox deyirsinizsə, o zaman biz nəyi müzakirə edə bilərik ki? Bu kimi məsələlərdə Avropa Şurasının səsini eşitməyin vaxtıdır".
O əlavə edib ki, Azərbaycandan və Ermənistandan deyil, Avropa Şurası tərəfindən gələn obyektiv məlumatlar və obyektiv hesabat olduqca vacib bir məsələdir: "Hesab edirəm ki, bu, AŞ PA-nın gündəliyindən bu məsələni çıxartmaq istəyənlər üçün çox vacib bir siqnal olardı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto/Video)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)





