Siyasət

Dmitri Kiselyov: "Azərbaycan Prezidentinin sözləri regionda təhlükəsizliyin təminatıdır"

25 Sentyabr 2014 21:46
0 Şərh     Baxış: 1 327

"Azərbaycan Prezidenti İlham Əliyevin sözləri regionda təhlükəsizliyin təminatıdır".
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, bunu "Vestnik Kavkaza"ya "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, bu günlərdə Azərbaycanda olmuş Dmitri Kiselyov deyib.
 

"Prezident İlham Əliyevlə görüş məndə parlaq təəssürat yaratdı. O, qətiyyətli, deyərdim regional səviyyədən dəfələrlə böyük, sözləri regionda təhlükəsizliyin təminatı olan siyasətçidir", - D.Kiselyov söyləyib.
 

Onun sözlərinə görə, Azərbaycan çox böyük sürətlə inkişaf edir: "Mənə belə gəlir ki, təəssüratlarımı bölüşmək üçün bir çox həmkarlarım Azərbaycana, Bakıya baş çəkməlidir".
 

Kiselyov Azərbaycanın kənar təsirlərə məruz qalmadığı, müstəqil, öz maraqlarına cavab verən siyasət seçdiyini vurğulayıb.

Jurnalistin fikrincə, bu baxımdan Azərbaycan Yaponiya və ya Almaniya təki bir sıra böyük dövlətlərə nümunə ola bilər.
 

"Azərbaycan adlarını çəkdiyi ölkələrin malik olmadıqları suverenitet və müstəqillikdən həzz ala bilər. Bu səbəbdən də Angela Merkel və ya Sindzo Abeyə məsləhət görərdim ki, Azərbaycana səfər edərək bu inkişaf edən ölkənin prezidenti ilə görüşsünlər", - D.Kiselyov deyib.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.