Siyasət

RF XİN Rusiya vətəndaşı olan azərbaycanlının Kəlbəcərdə girov götürülməsi məsələsini araşdıracaq

17 İyul 2014 16:25
0 Şərh     Baxış: 679
RF XİN Rusiya vətəndaşı olan azərbaycanlının erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonunun ərazisində girov götürülməsi məsələsini araşdıracaq.

Rusiya XİN-dən Trend-ə Ermənistan mətbuatında biri Rusiya vətəndaşı olan iki azərbaycanlının girov götürülməsi və bir nəfərin öldürülməsi barədə yayılan məlumatlarla bağlı bildiriblər: "Biz hələ bu barədə rəsmi məlumata malik deyilik, amma bu informasiyanı mütləq araşdıracağıq. Əgər məlumat təsdiqlənərsə, XİN mütləq reaksiya verəcək".

Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. Bununla əlaqədar, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.