AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Andorra Knyazlığının keçmiş Baş naziri Oskar Ribas Reyqi qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Andorra Knyazlığı arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfəsini verəcəyinə əminlik ifadə olundu.
----------
13:52
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.
Söhbət zamanı əməkdaşlığımızın daha da inkişaf etdirilməsində Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti vurğulandı.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
---------
15:24

---------
13:52


Foto: AzərTAc