Siyasət

Bakıda Azərbaycanın AŞ Nazirlər Komitəsində başlayacaq sədrliyi müzakirə olundu

15 Aprel 2014 18:17
Baxış: 404
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının (AŞ) Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Draqana Filipoviçi qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin hazırkı vəziyyəti, cari ilin may ayında ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində başlayacaq sədrliyi və sədrlik dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.