Siyasət

Riçard Morninqstar: "Qarabağ münaqişənin həllində Rusiyanın da rolu vacibdir"

15 Aprel 2014 13:20
Baxış: 394
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncədə səfərdə olan ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, ABŞ Minsk qrupu çərçivəsində bu problemin nizamlanması üçün əlindən gələni edəcək. Səfirin sözlərinə görə, münaqişənin həll edilməsində Rusiyanın da rolu vacibdir.  O, Ukraynada baş verən hadisələri misal çəkərək bu münaqişənin tez bir zamanda həll edilməsinin vacibliyinə toxunub.

Riçard Morninqstar: "Biz danışıqlar prosesinin irəliləməsi üçün müxtəlif təkliflər veririk. Ancaq təbii ki, bu məsələnin nəticə verməsi üçün siyasi iradə tələb olunur. Hər iki ölkə prezidenti bir araya gələrək münaqişənin birdəfəlik həll edilməsi üçün razılığa gəlməlidirlər. Bu məsələdə Rusiyanın əməkdaşlıq etməsi də tələb edilir. Ukraynada baş verən hadisələr Qarabağ münaqişəsinin nizamlanmasını daha da əhəmiyyətli edir. Biz Rusiyanın addımlarını izləyirik. İstərdik ki, bölgədə qeyri-sabitlik yaradan bu münaqişə tez bir zamanda öz həllini tapsın ki, heç bir qonşu müxtəlif bəhanələrlə vəziyyətdən faydalana bilməsin".

X X X 

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Gəncəyə səfəri çərçivəsində şəhərdə məskunlaşan məcburi köçkünlər üçün yeni salınan şəhərcikdə olub. Səfir əvvəlcə şəhərcikdə inşa olunan Mədəniyyət Mərkəzinə baş çəkib. Burada yerli və kəlbəcərli mədəniyyət işçilərinin ifasında milli musiqilərimizi dinləyib. Riçard Morninqstar şəhərciklə tanışlıq zamanı 11 saylı tam orta məktəbdə də olub. 1200 yerlik təhsil ocağının imkanları ilə maraqlanıb. Sinif otağının birində dərsin gedişini izləyib. 

Riçard Morninqstar: "Mən qaçqınların yaşayış səviyyəsi və onlar üçün salınan yeni şəhərciklə tanış oldum. Burada şərait ürəkaçandır. Xüsusi ilə məktəb çox xoşuma gəldi. Bildirmək istəyirəm ki, məktəb ABŞ-da olan təhsil ocaqlarından heç də geri qalmır. Ümumilikdə qəsəbədə gördüklərim məndə xoş təəssüratlar yaratdı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.