Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi ilə görüşüb.
Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat verir ki, görüşdə H.Firuzabadi deyib ki, Azərbaycan hərbi sahədə ehtiyaclarının bir hissəsini İran müdafiə sənayesinin istehsalı olan məhsullarla təmin edir: "Biz qonşu, müsəlman və eyni məzhəbdən olan Azərbaycanla əməkdaşlığa hazırıq və İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın iki ölkənin rifah və sabitliyi üçün olduğunu elan etdik".
Onun sözlərinə görə, İran öz xarici siyasətində müsəlman və qonşu ölkələrlə hərtərəfli və dostluq əlaqələri qurmağa üstünlük verir: "Cənab Prezident İlham Əliyevin İrana səfəri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha tez inkişaf etdirilməsi üçün imkan yaratdı. Bizim hələ ümummilli lider Heydər Əliyevin dövründən əlaqələrimiz dərin və dostcasına olub".
Baş Qərargah rəisi deyib ki, ötən 10 il ərzində dəfələrlə iki ölkənin müdafiə nazirlərinin görüşləri olub və əməkdaşlıq proqramları həyata keçirilib: "Bugünkü görüşdə hərbçilərin təlimi, dostluq görüşlərinin təşkili, Azərbaycan Ordusu üçün texnika və silahların təmini kimi məsələləri müzakirə etdik".
H.Firuzabadi bildirib ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran istehsalı olan silah-sursatlarla və digər texnikalarla yaxından tanış olub və müəyyən razılıqlar əldə edilib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Tehrana ikigünlük səfəri ötən gün başlayıb. Z.Həsənov ötən gün İranın müdafiə naziri, general Hüseyn Dehqanla görüşüb və ikitərəfli əlaqələrin inkişafına dair ilkin müzakirələr aparıb. İki ölkənin müdafiə nazirlərinin müzakirələri bu gün də davam etdiriləcək.
Milli.Az
Siyasət
Həsən Firuzabadi: "İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq iki ölkənin rifah və sabitliyi üçündür"
15 Aprel 2014 13:41
Baxış: 486
DİGƏR XƏBƏRLƏR
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib - FOTO
- COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü bunun vacibliyini təsdiqləyəcək
- Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır
- İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb
- Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadıldı - YENİLƏNİB
XƏBƏR LENTİ
- Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ
- Kişi 10 il həyat yoldaşından dəhşətli sirri gizlətdi
- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
- Məşhur bəstəkarın səhhəti pisləşib: "Güclə danışıram"
- Tiflisdə etiraz aksiyası genişlənir: yürüş keçirilir...
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…
- Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı
- Putin ilk dəfə müdafiə naziri dəyişikliyindən danışdı: Xərclər çoxalıb...
- Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb
- "Krasnodar" Kadidən sonra "Qarabağ"ın daha bir ulduzunu alır
- Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
- "Mona Liza"nın sirlərindən biri AÇILDI
- Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
- Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
- Slovakiyaya yardıma hazırıq - Bayden
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Baydenlə Trampın debat tarixi açıqlandı
- Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı
- Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur” - VİDEO
- Kəklikotunun çoxsaylı faydaları
- Məhkəmə İmran Xanla bağlı qərar verdi
- Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
- İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?