Azərbaycanın Laosdakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib - FOTO
Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, etimadnamənin təqdimat mərasimində A.İmanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Laos Prezidentinə çatdırıb. Səfir ölkəmizin Laosla münasibətlərin inkişafına önəm verdiyini bildirərək, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səy göstərəcəyini nəzərə çatdırıb.Azərbaycanın Laos Xalq Demokratik Respublikasındakı səfiri Anar İmanov etimadnaməsini bu ölkənin Prezidenti Çoummali Sayasona təqdim edib
Ç.Sayason Prezident İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkür edərək, öz salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Laos Prezidenti A.İmanovu Azərbaycanın Laosdakı səfiri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycanın Laosa ilk səfirinin təyin olunmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını vurğulayıb.
Görüş zamanı səfir ölkələrimiz arasında əlaqələrin əsasının hələ Sovet İttifaqı illərində qoyulduğunu qeyd edərək, o dövrdə laoslu gənclərin Azərbaycan universitetlərində təhsil aldıqlarını söyləyib. A.İmanov Azərbaycanla Laos arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu bildirib və iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət, Azərbaycanın sosial-iqtisadi inkişafı, regionda həyata keçirilən infrastruktur layihələri, enerji sahəsində qazanılmış nailiyyətlər və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər barədə həmsöhbətinə geniş məlumat verib.
Laos Prezidenti Ç.Sayason ölkələrimiz arasında dostluq əlaqələrinin əsasında qurulmuş əməkdaşlığın yeni, daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini bildirib. O, Sovet İttifaqı dövründə Azərbaycan universitetlərində təhsil almış laoslu məzunların hazırda Laosun dövlət və özəl sektorlarında müxtəlif vəzifələrdə çalışdığını qeyd edib və onların ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirakının faydalı olacağını bildirib. Prezident iki ölkə arasında qarşılıqlı investisiyaların qoyulması imkanlarının araşdırılması, müxtəlif sahələrdə yeni texnologiyaların mübadiləsi, habelə qarşılıqlı ticarətin aktivləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)





