Özünü N!DA və ya "Nida" kimi təqdim edən qurum gənclər təşkilatı olduğunu vurğulayır, sonra bəyan edir: "Azərbaycan vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında birliyidir".
Fəqət, deyilənlərlə edilənlər, sözlə əməl arasındakı ziddiyyətlər "Nida"nın sistemləşmiş fəaliyyət tipidir.
7 nəfərdən ibarət idarə heyəti tərəfindən nizamlı şəkildə "idarə olunduğunu" vurğulayan "Nida"çıların manifestində ilk cümlə belə səslənir: "Biz-Nidaçılar yeni, azad nəsilik!"
Yenə də bəlağətli, kütlə üçün hesablanan, bir qədər demaqogik təsir bağışlayan açıqlamadır. Çünki "yeni, azad nəsil" olduqlarını vurğulayan şəxslərin fəaliyyətlərində yeni siyasi texnologiyalar, davranışlarında isə azadlıq yoxdur.
Onlar idarə olunmadıqlarını, müstəqil fəaliyyət göstərdiklərini və ən başlıcası, pul qazanmaq istəmədiklərini vurğulayırdar.
"Nida"nın "manifest" adlanan bəyanatından daha bir iqtibas: "Nida azadlıq, ədalət və həqiqət istəyir! Bunun üçün biz özümüz hakimiyyətə gəlmək istəmirik!" Göründüyü kimi, illüziya və paradoksal ziddiyyətdir. Özlərini yenilikçi, azad, demokrat və pul, qazanc istəyində olmayan şəxslər adlandıran insanlar hakimiyyətə gəlmək fikrindən uzaq olmalarını "azadlıq və həqiqət" istəkləri ilə əlaqələndirirlər.
Belə aydın olur ki, "Nida" üzvləri və rəhbərliyi özlərinin siyasi fəaliyyətlərini aktivləşdirəcəkləri təqdirdə bunun azadlıqdan, ədalətdən kənar proses olacağını indidən anons edirlər.
Siyasətdən kənar olduqlarını fasiləsiz vurğulasalar da, bilavasitə siyasi fəaliyyətlə məşğul olan təşkilatın rəhbərliyinin belə absurd açıqlamaları ən azı anlaşılmaz, məntiqsiz təsir bağışlayır.
"Tam müstəqil, azad" olduqlarını vurğulayan "Nida"çılar nə azaddırlar, nə də müstəqil. Çünki "Nida" Vətəndaş Hərəkatının bir sıra üzvlərinin ABŞ-ın Boston şəhərində yerləşən Albert Eynşteyn İnstitutunun təsisçisi Cin Şarp və həmin institutun direktoru Cəmilə Raqiblə münasibətləri mövcuddur. Hətta "Nida"nın bir sıra üzvlərində Cin Şarpın imzası ilə hədiyyə olunmuş kitablar da saxlanılır.
Albert Eynşteyn adına institut avtoritar dövlətlərin rejimlərinə qarşı mübarizə üzrə elmi təhqiqatların aparılması ilə tanınır, müxtəlif ölkələrdə radikalyönümlü qurumlara maliyyə dəstəyi göstərən Milli Demokratiya İnstitutu və "Ford" fondu, o cümlədən Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən maliyyələşir. Cin Şarp isə "Ərəb baharı" inqilabının ideya müəllifi hesab olunmaqla yanaşı, "Qeyri-zorakı hərəkətlərin 198 üsulu", "Diktaturadan demokratiyaya" əsərlərinin müəllifidir. O, Türri Meysan adlı yazarın məqalələrində ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub. Cəmilə Raqib də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edir.
ABŞ-ın kəşfiyyat strukturu ilə sıx əlaqələri olan xanımın təsiri altında olan, onun "məsləhət" kimi təqdim olunan göstərişlərindən yararlanan "Nida" ərəb ölkələrində uğursuzluqla başa çatan "ərəb baharı" kimi ssenarini postsovet ölkələrində reallaşdırmaq istəyən təşkilatlar və qüvvələrlə əməkdaşlıq etməklə təmsil etdiyi cəmiyyətin maraqlarını kənar qüvvələrin mənafelərinə qurban vermirmi?
Cavabı bəlli olan sualdır, fikrimizcə.
Bundan başqa, nida işarəsi hiss, həyəcan, emosional açıqlama timsalıdır. Üstəlik, səs tonunun yüksəliş fazasını göstərmək üçün də qrammatikada istifadə olunur.
Belədirsə, "Nida" nə üçün və kimə qışqırır?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
lham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb - VİDEO
-
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - FOTO
-
İran-İsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkələr
-
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTO
-
600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib - XİN
-
Ermənistan silahlı qüvvələrinin məxfi əmri məhkəmədə tədqiq edilib
XƏBƏR LENTİ
-
Ulduz futbolçu təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırlaşıb? - FOTO
-
"Mahir Ay Brat" həbs edildi
-
Bu ərazilərdə işıq olmayacaq
-
Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO
-
Lirə ucuzlaşdı, bu iki valyuta isə bahalaşdı - RƏSMİ
-
İyun bitməmiş varlanacaq bürclər
-
Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?
-
Yer altında gizli dünya tapıldı
-
Tam bir vitamin kompleksi - Qırmızı kələm
-
Alimlər tənhalıq haqqında mifi dağıtdı: Yalnılıq öldürmür
-
Arıqlamaq heç də həmişə sevindirmir...
-
Qadın saxta diplomla 20 il psixiatr işləyib
-
Boşanma prosesinin uşaqlara təsiri - ŞƏRH
-
Bu tərəvəzləri çiy yemək olmaz
-
Avtomobiliniz çox yanacaq sərf edirsə, səbəbi bu ola bilər
-
Ay torpağının sirri 50 ildən sonra açıldı
-
Bu meyvənin qabığını zibilə atmayın
-
Günün qoroskopu: Pul məsələlərində intuisiya ilə deyil, faktlarla hərəkət edin
-
Dilarə Əliyevadan qardaşının səhhəti ilə bağlı açıqlama - FOTO
-
Qarpız alarkən nələrə diqqət etməliyik?
-
Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu
-
Ceyhun Kazımov yüksək vəzifəyə təyin olundu
-
Bu ağacları həyətə əkməyin: Bədbəxtlik gətirir
-
lham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb - VİDEO