Siyasət

MDBMİ-nin rektoru Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının Fəxri doktoru adına layiq görülüb - FOTO

11 Aprel 2013 15:25
Baxış: 336
AzərTAc xəbər verir ki, aprelin 11-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, akademik Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının (ADA) ilk Fəxri doktoru adına layiq görülüb.

ADA-nın rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev deyib: "Biz ADA ilə MDBMİ arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk. Ali məktəblərimiz arasında tələbə-müəllim mübadiləsi üzrə əməkdaşlıq mövcuddur. Belə əməkdaşlıq Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir".

H.Paşayev ADA-nın Fəxri doktoru diplomunu Anatoli Torkunova təqdim edib. A.Torkunov bu ada ADA Elmi Şurasının qərarı ilə elmin və təhsilin inkişafında xidmətlərinə, Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsinə töhfəsinə görə layiq görülüb.

MDBMİ-nin rektoru deyib: "ADA-nın ilk fəxri doktoru şərəfinə layiq görülməyim məni çox mütəəssir etdi". Belə bir akademiyanın yaradılmasının böyük nailiyyət olduğunu vurğulayan A.Torkunov deyib: "Biz əməkdaşlıq haqqında Memorandum imzalayanda əvvəlcə tələbə-müəllim mübadiləsi səviyyəsində əməkdaşlıq aparmışıq. Lakin hazırda birgə tədris proqramları, ilk növbədə, magistr proqramları yaratmaq üçün hər cür şərait vardır. Bu, magistrlərimizə həm ADA-nın, həm də MDBMİ-nin diplomlarını almaq imkanı verəcəkdir".

MDBMİ-nin rektoru ADA-nın tələbələri qarşısında "Postböhran dünyasında beynəlxalq münasibətlər: Moskvadan baxış" mövzusunda mühazirə ilə çıxış edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.