Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Səhiyyə Nazirliyi Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Qeyd edək ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur.
O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərib. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu var. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik edib. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirib. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
-
KOB, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin əsasnaməsi və strukturu təsdiqlənib
-
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
-
Türkiyə İran və Suriya deyil, Netanyahu yolunu azıb - İsrailin keçmiş Baş naziri
-
"İsrail Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcək"
-
Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN
XƏBƏR LENTİ
-
92 yaşlı Hollivud əfsanəsi illər sonra kamera önündə - (Foto)
-
Hərbi biletlə bağlı qərar: 200 manat...
-
Nadir Hacıyev vəfat etdi
-
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
-
"İlyasın kafesi"ni də bağladı
-
Özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza
-
Azərbaycanda vizasız gediş-gəliş olan ölkələrin sayı artırılacaq
-
Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövü təsis ediləcək
-
Rəşidə Behbudovun qızı həyat yoldaşı və oğlu ilə - (Fotolar)
-
Günay Həsənovaya vəzifə verildi
-
Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
-
KOB, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin əsasnaməsi və strukturu təsdiqlənib
-
"By Ella" azadlığa buraxıldı
-
Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları
-
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı
-
Türkiyə İran və Suriya deyil, Netanyahu yolunu azıb - İsrailin keçmiş Baş naziri
-
Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq
-
Türkiyə əhalisinin sayı açıqlandı
-
10 ilin hekayəsi: 20 min könüllü ilə Formula 1 Azərbaycan Qran-prisi - (Foto)
-
Liseylərə və gimnaziyalara qəbul üçün son tarix açıqlandı
-
“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
İsmayıllıdakı ağır qəzada ölənlərin kimliyi bilindi - Biri körpədir - (Foto)
-
Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - (Foto)





