Təhsil

Liseylərə və gimnaziyalara qəbul üçün son tarix açıqlandı

20 Avqust 2026 15:13
Baxış: 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul olunan şagirdlər üçün şagirdlərin elektron yerdəyişməsi sistemində avtomatik sorğular yaradılıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Bildirilib ki, qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədlərin təqdim edilməsi üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. Daha sonra imzalanmış elektron ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim edilməli, şəxsi iş götürülərək qəbul olunduğu lisey və ya gimnaziyaya verilməlidir.

Valideynlər qəbul prosesi ilə bağlı məlumatları şagirdin şəxsi kabinetində yerləşən "Sorğularım" bölməsindən izləyə bilərlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.