İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:
"Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.
Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır. Bakı şəhərində yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin növbəti əyani nümunəsidir.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış səmərəli əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlərarası dialoqa, dini və mədəni irsin qorunub saxlanmasına töhfə verməklə yanaşı Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.
Zati-müqəddəsləri,
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına Sizin töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və daha da dərinləşəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda daim uğurlar diləyirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
İlham Əliyev Əli Əsədovla bağlı sərəncam imzaladı
-
İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident: Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
-
İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
XƏBƏR LENTİ
-
Qumralın səhnədəki rəqsi gündəm oldu – (Video)
-
"Real"ın futbolçularına və Mourinyoya bahalı BMW-lər verildi (Foto)
-
Şad xəbər: Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)
-
"Hitler"ə hökm oxundu
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq – Yeni qərar
-
Selena hər gün bir "banka" turşu yeyir
-
"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır
-
5-ci sinif şagirdi qəzada öldü
-
Kəmalə Günəşlinin daha bir arxiv videosu yayıldı
-
28 yaşlı gənc qəflətən qatarın qarşısına çıxdı, öldü Yenilənib - Foto
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
Xalq artisti: “Qaldım evin küncündə”
-
“Taliban” qadın adlarını da qadağan etdi: “Keçi”, “inək”...
-
Ülkər Yaşarqızının görüntüsü müzakirə yaratdı (Video)
-
Batumidə 2 “Beşiktaş”lı tələbəyə hücum edildi (Foto)
-
Bu 4 əlaməti görməzdən gəlməyin
-
Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək
-
Əfqanıstanda məktəbdə partlayış: 6 ölü, 97 yaralı
-
"Mənim pul seyfimin kodunu evdəkilər belə bilmir"
-
Fotosessiya zamanı at gəlini qaçırdı - (Video)





