İlham Əliyev və Mehriban Əliyeva Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak ediblər - VİDEO - FOTO
Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış etdi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğuladı. Türk Dövlətləri Təşkilatından danışan Türkiyə Prezidenti qurumun fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək dedi: "Bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq. Azərbaycanla əlaqələndirilmiş şəkildə qonşumuz Ermənistanla normallaşma prosesində addım-addım irəliləyirik. Bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir".
x x x
Qeyd edək ki, geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiq fonunda cari qlobal mənzərənin proqnozlaşdırılması getdikcə daha çətin xarakter alır. Beşinci Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" riskləri və imkanları müəyyənləşdirməyi, strategiyalar hazırlamağı və əldə olunan razılaşmaları əməli addımlara çevirməyi tələb edir.
Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.
Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda WUF13-ün beşinci günü start götürüb
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
XƏBƏR LENTİ
-
Trend Agentliyi ödənişli xəbər lentindən istifadə üçün tarifləri yeniləyib
-
Müəllimlər üçün mühüm XƏBƏR
-
Azərbaycanda yas mərasimində zəhərlənənlərin vəziyyəti necədir? - AÇIQLAMA
-
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
-
"Kapital Bank" dünyaca məşhur şirkətlə əməkdaşlığa başladı
-
Türkiyədə oteldə silahlı insident: Otel sahibi və müştəri öldü
-
"WhatsApp" istifadəçiləri üçün YENİLİK
-
"15 min almısan, imkan ver biz də QAZANAQ"
-
Qadın müğənni qətlə yetirildi, meyiti kanala atıldı
-
Trampın keçmiş gəlinində xərçəng aşkar edildi - FOTO
-
Dubay konsertindəki şousu gündəm oldu - VİDEO
-
Emin Mahmudovla bağlı qərar verildi
-
Tbilisiyə bu qatar gedəcək - FOTO
-
“Qəbələ” “Şamaxı”ya qarşı - Sonuncu turun oyunları
-
"Toylar nə vaxtdan el şənliyi olub?!"
-
Bazar günü 56 mindən çox şəxs imtahan VERƏCƏK
-
Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR
-
Həbibdən UFC prezidentinə sərt cavab
-
"Mançester"dən gedən Kazemironun yeni klubu BƏLLİ OLDU
-
Bu ilin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək
-
Türkiyədə güclü yağış şəhəri iflic etdi: Ölən və yaralananlar var - VİDEO
-
Kirayə qiymətləri niyə dayanmadan artır?
-
Bu BÜRClər macərasız yaşaya bilmir - Siyahıda siz də varsınız?
-
3 fərqli klubla bir Avropa kubokunu qazanan ilk MƏŞQÇİDİR





