Siyasət
Emin Hacıyev: "RAGT-nin uğurlarını şərtləndirən əsas amil onun lideri Leyla Əliyeva tərəfindən ölçülüb-biçilmiş inkişaf strategiyasının həyata keçirilməsidir"
7 Avqust 2012 19:37
Baxış: 2 053
AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) nümayəndəsi Emin Hacıyev Türkiyənin Bodrum şəhərində keçirilən "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektivlər" forumunun iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın təbrikini çatdırmışdır.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş foruma dünyanın müxtəlif guşələrində fəaliyyət göstərən 100-dən çox Azərbaycan diaspor təşkilatının rəhbərləri gəlmişdi. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, habelə Moskva Hökumətinin nümayəndəsi Yuri Artyuxin forumun işində iştirak edirdi.
RAGT idarə heyətinin üzvü Emin Hacıyev forumda məruzə ilə çıxış etmişdir. O, 2007-ci ildə fəaliyyətə başlamış və ötən dövr ərzində nüfuzlu ictimai təşkilata çevrilə bilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının məqsəd və vəzifələri barədə ətraflı söhbət açmışdır. Onun sözlərinə görə, bu gün RAGT sıx birləşmiş vahid təşkilatdır, bu təşkilat aparıcı beynəlxalq və yerli ictimai təşkilatlarla sıx və səmərəli əməkdaşlıq edir.
"RAGT dövlət strukturları və təşkilatlarla bir sıra mühüm müştərək layihələr həyata keçirir. Şübhəsiz, RAGT-nin dinamik inkişafını və aşkar uğurlarını şərtləndirən əsas amil onun lideri Leyla Əliyeva tərəfindən bu təşkilatın ölçülüb-biçilmiş inkişaf strategiyasının həyata keçirilməsidir", - deyən Emin Hacıyev xüsusi vurğulamışdır ki, RAGT-nin əsas vəzifəsi Rusiyada yaşayan azərbaycanlı gəncləri bu təşkilatın vahid platforması çərçivəsində birləşdirmək, onların yaradıcı potensialının üzə çıxarılması üçün şərait yaratmaq və bütün təşəbbüslərini dəstəkləməkdir.
Məruzədə o da qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" sayəsində istedadlı Azərbaycan gənclərinin çoxu Rusiyanın aparıcı ali məktəblərində təhsil alır. Onlar RAGT-nin işində də fəal iştirak edirlər. İşlənib hazırlanmasına gənclər təşkilatlarının nümayəndələrinin cəlb olunduğu "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi də mühüm hadisə olmuşdur. E.Hacıyev demişdir: "Prezident tərəfindən təsdiq edilmiş bu dövlət proqramları həm gənclərin hərtərəfli inkişafı, o cümlədən əla təhsil alması üçün geniş imkanlar yaradır, həm də xaricdəki Azərbaycan diasporunun möhkəmlənməsinə və yenilənməsinə böyük töhfədir, bu diasporun sıraları yeni kadrlar hesabına genişlənəcəkdir".
RAGT nümayəndəsi forum iştirakçılarının diqqətini gənclərin həvəsləndirilməsi məsələsinə cəlb etmişdir. O bildirmişdir ki, Leyla Əliyevanın təşəbbüsü ilə "RAGT əlaçısı" mükafatı təsis edilmişdir. Artıq dörd ildir ki, Moskvanın və Rusiyanın digər regionlarının ali məktəblərində təhsil alan 100-dən çox azərbaycanlı tələbə əla təhsilə görə pul mükafatı və xüsusi diplomlar alırlar. Bu, yüksək müvəffəqiyyət üçün ciddi stimuldur. Bundan əlavə, təhsil əlaçılarının elektron məlumat bazası yaradılmışdır. Gələcəkdə azərbaycanlı gənclərin işlə təmin edilməsi üçün zəruri hallarda həmin bazanı Azərbaycan və Rusiya sahibkarlarına təqdim etmək olar.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi gənclər hərəkatının lideri Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, ilk növbədə Rusiya ictimaiyyətinə Qarabağ problemi, qaçqınlar və məcburi köçkünlər, Xocalı soyqırımı, ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə məlumat verilməsi ilə əlaqədar layihələr haqqında da söhbət açmışdır.
Qeyd etmək lazımdır ki, forum çərçivəsində qaldırılmış əsas məsələlərdən biri Azərbaycan gənclərinin inkişafı və diasporlarda nəsillərin dəyişməsi olmuşdur. Forumda bu problemin müzakirələri "dəyirmi masa"lar çərçivəsində və şəxsi söhbətlər zamanı davam etmişdir.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.

Foto: AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə Bakı küçələrindən "Ağ Şəhər"ə doğru hərəkət edib - (Foto)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər - (Foto/Video)
-
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar - (Foto/Video)
-
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
-
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu
-
Kredit faizləri ilə bağlı meyar dəyişdi - (Video)
-
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - (Video)
-
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var
-
“Mançester Siti” “Liverpul”u darmadağın etdi - (Video)