Siyasət

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

24 İyul 2025 18:33
Baxış: 2 107

Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında çoxsaylı insanın həlak olması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti "AN-24" sərnişin təyyarəsinin Amur vilayətində qəzası və çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan xalqı və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.

Bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu "An-24" təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.