Siyasət

Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq

19 İyul 2025 19:21
Baxış: 314

Biz indi beynəlxalq səhnədə daha fəalıq. Bizim digər ölkələr arasında vasitəçilik səylərinə gəldikdə, bunlar tam aydındır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib.

Dövlətimizin başçısı əlavə edib ki, biz beynəlxalq ictimaiyyətin fəal üzvüyük və fərqli beynəlxalq iştirakçılarla güclü münasibətlərimiz var. Düşünürük ki, onlar daha mühüm, daha əhəmiyyətli rol oynaya bilərlər. Ən azı daha geniş regional məsələlərdə rol oynaya bilərlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.