"İsrail bunu etsə “Pandora qutusu" açılacaq" - Rusiyadan xəbərdarlıq
İsrail ilə İran arasında gərginlik artarkən Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib. Peskov bildirib ki, İran lideri Əli Xameneiyə sui-qəsd cəhdləri və ya rejim dəyişdirmək istiqamətində təzyiqlər qəbuledilməzdir. O, belə hadisələrin "Pandora qutusunu açmaq" kimi böyük fəsadlara səbəb ola biləcəyini vurğulayıb.
Milli.Az xəbər verir ki, Pandora qutusu ifadəsi qədim Yunan mifologiyasından götürülüb və pis nəticələrə səbəb olan, geri dönməsi çətin olan vəziyyətləri təsvir edir. Mifə görə Pandora adlı ilk qadına verilən qutunu açdıqda bütün bədbəxtliklər dünyaya yayılır, yalnız ümid qutunun içində qalır. Bu ifadə indiki dildə böyük və təhlükəli nəticələri ola biləcək hadisələri simvolizə edir.
Peskovun xəbərdarlığı da bu mənada qəbul edilir. Xameneiyə sui-qəsd kimi bir hadisə regionda geri dönüşü mümkün olmayan fəsadlar yaradaraq, genişmiqyaslı xaos və münaqişə spiralını başlada bilər. Bu da həm region, həm də dünya üçün ciddi təhlükə deməkdir.
Qeyd edək ki, hazırda İsrailin "Oyanan Şir" əməliyyatı ilə başlayan və İranın "Həqiqi Vəd" adlı cavab hücumları ilə davam edən münaqişə 8-ci günündədir. Bu qarşıdurma nəticəsində İranın yüksək rütbəli hərbi rəhbərləri daxil olmaqla ən az 227 nəfər həyatını itirib. İran isə Tel-Əviv, Qüds və Hayfa şəhərlərinə yönəltdiyi yüzlərlə balistik və hipersonik raketlə İsrailə cavab verib. İsraildə isə ən az 25 nəfər həlak olub, yaralıların sayı 500-dən çoxdur.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video





