Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb - FOTO
Azərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü" peşə bayramı münasibətilə "Rabat xalça sənəti" immersiv sərgisi açılıb.
Trend xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.
Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə "Xalçaçı günü" peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti"nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.
Bədii hissədə "Pəri xanımın sehrli nağılı" animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi "Sevərək toxu!" adlı yeni mahnısı ifa edilib.
Sonra sərginin açılışı olub.
Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.
Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan "Nəqşicahan" xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.
Sərgi mayın 10-dək davam edəcək.
Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış oldular. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verildi. Bildirildi ki, muzeyin kolleksiyasının "qızıl fondu"nu Azərbaycanın 7 regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
XƏBƏR LENTİ
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var





