Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
"Bu gün Azərbaycanın əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ölkələrdən biri də Çindir. Məlum olduğu kimi, 2023-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, ölkələrimiz arasında 1992-ci il aprelin 2-də diplomatik münasibətlər qurulduqdan dərhal sonra ikitərəfli əməkdaşlıq əlaqələri sürətlə inkişaf etməyə başlayıb və indiyə kimi kifayət qədər səmərəli nəticələr əldə edilib.
"Birgə Bəyannamə, qeyd etdiyimiz kimi, ötən ilin iyulunda Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinpin arasında baş tutmuş təkbətək görüşün gedişində imzalanmışdır. Həmin görüş zamanı iki ölkənin rəhbəri əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, ölkələrimizin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlmişdilər. Bu gün Avrasiya regionunda cərəyan edən hadisələr bir daha təsdiq edir ki, Azərbaycan-Çin əməkdaşlıq əlaqələri istər qlobal sülh və sabitliyin qorunması baxımından, istərsə də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin daha da genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bütün bu məqamlar cənab Prezident İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə öz əksini tapmışdır".
Kamaləddin Qafarov Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulduğunu və ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə böyük hörmətlə yanaşan, müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlar olduğunu xüsusi vurğulayıb: "Sözsüz ki, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin yeni səhifəsini açmış oldu. Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Təsadüfi deyil ki, hələ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci "Kəmər və yol" Forumunda etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və əlbəttə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Kəmər və yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
XƏBƏR LENTİ
-
Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
-
Gəncədə 42 yaşlı kişi binadan yıxıldı
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - şikayət
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Oqtay Şıxəliyevin həyat və yaradıcılığından bəhs edən “Şəhərdə izi olan rəssam” adlı sənədli film nümayiş olunub - (Foto)
-
Bakıda yararsız kolbasa və süd məhsulları aşkarlandı
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
-
Gələcəyə Qayıdış - Tofiq Cabbarov Azərbaycan cazının ulduzlarını eyni səhnədə bir araya gətirəcək
-
Bəhreyndən İrana bağlı şəxslərə ağır cəza – 64 nəfər ömürlük həbs edildi
-
Aysun İsmayılova xəstəliyə tutuldu
-
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
-
Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib - (Yenilənib)
-
Gülben Ergen Bakı küçələrində görüntüləndi – (Video)
-
Bələdiyyə torpaqları satışa çıxarılır - Siyahı
-
Bakıda kinoteatrda maraqlı evlilik təklifi - (Video)
-
Filarmoniyada “Səsimiz Səsindir, Humay!” adlı xeyriyyə axşamı keçirilib - (Foto)
-
Dövlət məktəbləri və bağçalarında bu dəyişiklik təklif edildi
-
Güclü külək gəlir - Xəbərdarlıq edildi
-
Məşhur xanəndənin aparıcı əri ilə rəqsi: “O mənim sənətkarımdır” - (Video)
-
1000 oyun keçirən ilk fransalı futbolçu oldu





