Bakı–Pekin münasibətlərində yeni mərhələ: Çindən uzanan etimad körpüsü
Çin bu gün dünyada həm iqtisadi, həm siyasi, həm də texnoloji sahədə güclü rol oynayır. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin bir çox ölkələrlə geniş ticarət əlaqələri qurub. "Bir kəmər, bir yol" təşəbbüsü ilə o, infrastruktur layihələrinə sərmayələr yatıraraq qlobal nüfuzunu artırır. Texnologiya sahəsində də Çin süni intellekt, 5G və başqa tədqiqatlarda ciddi irəliləyişlər əldə edib. "Huawei", "TikTok" kimi şirkətləri qlobal bazarda güclü mövqeyə sahibdir. Çin həmçinin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq qərarlarda mühüm söz sahibidir. ABŞ ilə olan rəqabəti isə onu qlobal güc balansında əsas oyunçuya çevirib. Bu gün ABŞ də Çinlə münasibətlərini yoluna qoymağa çalışır. Əvvəl Çinə qarşı iqtisadi müharibə elan edən Trampın mövqeyi artıq yumşalıb. Çinin bir vaxtlar Yaponiyaya qarşı istifadə etdiyi nadir torpaq elementləri ilə bağlı qadağası ABŞ-ni geri addım atmağa məcbur edib.
Məlum olduğu kimi, ölkə başçımız İlham Əliyev Çinə rəsmi səfərə gedib. Çin lideri ilə dövlətimizin başçısının görüşü dostluq şəraitində keçib. Çin Xalq Respublikasının sədri Azərbaycan Prezidentini özünün və Çin xalqının böyük dostu adlandırıb.
Bu görüşün mühüm əhəmiyyəti iki ölkə arasında mövcud olan güclü dostluq əlaqələrinin bir daha təsdiqlənməsindəndir. ÇXR sədri Azərbaycanla əlaqələrin strateji tərəfdaşlıq xüsusiyyəti daşıdığını vurğulayıb. Bu tərəfdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində yeni addımların atılması önə çıxıb. Bu gün həmçinin iki ölkə arasında münasibətlərin hərtərəfli tərəfdaşlıq xarakteri daşıdığına dair yeni bəyanat qəbul edilib, bu isə ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf edəcəyini göstərir.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycan və Çin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərirlər. Bu əməkdaşlıq həmçinin, Asiyada Etimadın Qurulması Təsisatı çərçivəsində də gücləndirilir. Görüşdə bu təşkilatda Azərbaycanın mühim rolu və rəhbərliyi də qeyd olunub. Azərbaycanın beynəlxalq aləmdəki bu fəallığı ölkəmizin dünya miqyasında etimad qazandığını və Çinlə olan əlaqələrinin davamlı inkişafını göstərir.
Çin Xalq Respublikasının sədri Azərbaycan Prezidentini bu ilin avqust ayında Şanxay Əməkdaşlıq Təşkilatının tədbirinə dəvət edib. Bundan başqa, bu il Çində faşizm üzərində qələbənin 80 illiyi qeyd edilir və bu yubiley tədbirləri çərçivəsində də Çin prezidenti ölkəmizin başçısını dəvət edib. Bu dəvətlər iki ölkə prezidentləri arasında möhkəm dostluğun və qarşılıqlı etimadın bariz nümunəsidir. Görüş əsnasında Orta Dəhlizin əhəmiyyəti vurğulanıb və nəqliyyat daşımalarının artması istiqamətində atılan addımlar məmnuniyyətlə qeyd olunub. Bu Azərbaycanın beynəlxalq ticarət yollarında mühüm rolunun daha da artırılmasını təmin edəcək.
Orta dəhlizin vacibliyi görüş zamanı xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycanda bu dəhliz üçün lazım olan yollar və infrastruktur yaradılır və bu işlərdə Çin şirkətləri də fəal iştirak edir. Çinlə Avropa arasında yükdaşımalarda Orta dəhlizin, eləcə də Azərbaycanın bu dəhlizdəki rolu bir daha vurğulanıb. Bu yolun inkişafı həm ölkəmizə, həm də bölgəyə böyük fayda verəcək.

Bərpa olunan enerji sahəsində də əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Çin şirkətlərinin Azərbaycanda artan fəaliyyəti xüsusilə qeyd edilib bu şirkətlərin qiymət və keyfiyyət baxımından dünya enerji bazarında yüksək rəqabətlilik nümayiş etdirdiyi vurğulanıb. Çin bərpa olunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb və bu təcrübə Azərbaycanda tətbiq olunur. Bu sahədəki əməkdaşlıq enerji mənbələrinin müxtəlifləşdirilməsinə və ətraf mühitə zərər verməyən təmiz enerjidən daha çox istifadə olunmasına şərait yaradacaq. Bu da həm ölkəmizin enerji təhlükəsizliyi üçün vacibdir, həm də təbiəti qorumağa kömək edəcək.
Görüşdə ölkələrimiz arasında texnoloji, humanitar və mədəni sahələrdəki əməkdaşlıq məsələləri də ön plana çıxıb. Heydər Əliyev Fondunun humanitar sahədəki aktiv fəaliyyətləri diqqətə alınıb, bununla yanaşı, ölkələr arasında mədəni mübadilə və birgə layihələrdə əməkdaşlığın gücləndirilməsi də müzakirə olunub. COP29 çərçivəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər Çin tərəfindən yüksək qiymətləndirilib və Azərbaycanın Qlobal Cənubun səsi olaraq bu cəmiyyətin maraqlarını təmsil etməsi vurğulanıb. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsindəki uğurlu fəaliyyəti və artan nüfuzu da qeyd olunub.
Çin prezidenti Si Cinpin görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurları və inkişaf yolunu yüksək qiymətləndirib. İlham Əliyev də öz növbəsində Si Cinpinin rəhbərliyi altında Çinin dünyada artan nüfuzunu və sürətli inkişafını məmnunluqla qeyd edib. Görüşün sonunda imzalanan birgə bəyanatda Azərbaycan tərəfinin Çinin irəli sürdüyü qlobal təhlükəsizlik, inkişaf və sivilizasiyalarla bağlı təşəbbüslərə dəstək verdiyi qeyd olunub. Bu da göstərir ki, hər iki ölkə dünya səhnəsində bir-birini dəstəkləyir və əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Azərbaycan və Çin prezidentlərinin bu görüşü göstərdi ki, iki ölkə arasında dostluq münasibətləri təkcə söz üzərində deyil, real əməkdaşlıqlara əsaslanır. Həm siyasi, həm də iqtisadi sahədə əlaqələr daha da möhkəmlənir, yeni imkanlar yaranır. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan və Çin bir-birinə güvənir və birlikdə gələcəyə addımlayır.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir
-
Prezident İlham Əliyev: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Xankəndidə də Zəfər Muzeyi olacaq
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
-
Prezident İlham Əliyev: Bu gün biz azad Qarabağda qurub-yaradırıq
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb
-
Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - (Video/Foto)
-
Hava ilə bağlı son məlumat
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
-
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
-
Messinin çantası diqqət çəkdi (Foto)
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Böyükşor yolunda ağır qəza





