Zelenski "qırmızı xətləri" açıqladı: Ukrayna müharibəni uzadacaq?
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlarda ölkəsinin prioritetlərini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, rəsmi Kiyev üçün prioritet güclü ordudur. O, bu barədə Çerniqov vilayətində icma rəhbərləri ilə görüş zamanı deyib. Prezidentinm sözlərinə görə, bu, Ukraynanın qırmızı xəttidir. Ona görə də Silahlı Qüvvələrdə şəxsi heyət sayının azalmasından söhbət gedə bilməz. Ukrayna lideri hazırda Rusiyanın işğalında olan bölgələrin həmin dövlətin ərazisi hesab olunmasını da ölkəsi üçün "qırmızı xətt" adlandırıb:
"Ədalətli sülh yalnız işğaldakı bölgələr geri qaytarıldıqda mümkün olacaq. Biz Ukraynanın ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcəyik".
Bununla yanaşı, Zelenski ölkəsinə veriləcək təhlükəsizlik təminatını da əsas məsələlərdən biri kimi dəyərləndirib.
Bəs burda tam olaraq Zelenskinin məqsədi nədir?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Kənan Novruzov açıqlama verib:
"Rusiya ilə Ukrayna arasında danışıqlar məsələsinin gündəmə gəldiyi bir vaxtda Zelenskinin "qırmızı xətləri" diqqət çəkir. Onun dediklərindən belə qənaətə gəlmək olar ki, rəsmi Kiyev silahsızlaşdırılmaya və hərbsizləşdirilməyə hazır deyil. Əslində Rusiyanın tələblərinə uyğun olaraq belə bir addıma getmək Ukrayna üçün kifayət qədər təhlükəli olar. Birincisi ona görə ki, Rusiya silahsızlaşan və hərbsizləşdirilən Ukraynaya gələcəkdə yenidən hücum edə bilər. İkincisi, Kiyevin Moskvanın diktəsi ilə razılaşması və özünün suveren hüquqlarından imtina etməsi daxildə hakimiyyətə qarşı onsuz da mövcud olan narazılıqları gücləndirə bilər. Bu isə Zelenskiyə sərf etmir. Digər məsələ ərazilərlə bağlıdır. Görünən odur ki, Ukrayna ərazi güzəştinə getmək istəmir. Ukraynanın Rusiyanın Belqorod və Kursk vilayətlərində əməliyyatları da mümkün danışıqları prosesində ərazi mübadiləsinə hesablanıb.
Hərçənd əgər Kiyev yaxın gələcəkdə sülh istəyirsə, ərazi güzəştinə getməlidir. Bunu Zelenski də anlayır. Bu mənada düşünmək olar ki, Ukraynanın ərazi güzəştinə getmək istəməməsi əslində həm də müharibəni uzatmq cəhdləridir. Bu isə məntiqli qərardır. Onsuz da xalq artıq savaşa öyrəşib. Müharibənin daha bir il davam etməsi xalqın hakimiyyətə qarşı mövqeyində ciddi dəyişikliyə səbəb olmayacaq. Amma müharibə yaxın zamanda bitərsə, ən yaxşı halda dondurulacaq və Rusiya tutduğu ərazilərdə qalacaq. Bu, Zelenski iqtidarına sərf etmir. Odur ki, indiki məqamda Avropanın da dəstəyi ilə Kiyev müharibəni davam etdirməyə və döyüşlərin arealını genişləndirməyə çalışa bilər".
Ekspert bildirib ki, təhlükəsizlik zəmanəti məsələsinə gəldikdə isə indiki anda nə Avropa, nə də ABŞ Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatə verməz. Ən yaxşı halda Kiyevin" başının altına yastıq qoyula" bilər. Çünki Vaşinqton da, Brüssel də Kiyevin qurban olduğunu bilir. Onlar belə bir qurban üçün təhlükəsizlik təminatı verməzlər.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
-
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
XƏBƏR LENTİ
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı





