"Bakıdakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər"
Anqola Respublikasının Azərbaycanla əvvəldən çox gözəl əlaqələri var.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Anqolanın sabiq xarici işlər naziri Manuel Dominqes Auqusto deyib.
O, Anqolanın neft və qaz istehsalçısı olduğunu qeyd edərək, onların xüsusən də bu sahədə Azərbaycanla əməkdaşlığının çox yaxşı olduğunu bildirib.
Bundan başqa, sabiq nazir Qlobal Bakı Forumundan gözləntilərini də bölüşüb:
"Bu xüsusda mən ilk dəfə Qlobal Bakı Forumunda iştirak etməyimdən çox şadam. Bakı heyrətamiz bir foruma ev sahibliyi edir. Azərbaycanlılar Azərbaycan hökumətinin, zati-aliləri, Prezident Əliyevin bu təşəbbüsü ilə fəxr etməlidirlər.
Hesab edirəm ki, bu, beynəlxalq münasibətlər üçün mühüm forumdur. Xüsusən ona görə ki, iştirakçılar müxtəlif ölkələrdən və regionlardan hökumətdə və beynəlxalq təşkilatlarda olmuş çox mühüm insanlardır".
"Hesab edirəm ki, buradakı müzakirələr dünyanın üzləşdiyi əsas problemlərin həllinə töhfə verə bilər. Xüsusən də Avropada, Ukraynadakı müharibə, həmçinin Yaxın Şərqdə Qəzzadakı vəziyyəti qeyd etməliyəm.
Biz bir daha Azərbaycan hökumətini təbrik etməliyik ki, dünyanın müxtəlif bölgələrindən olan fərqli insanların Bakıda görüşməsinə və bəşəriyyət üçün olduqca əhəmiyyətli problemlərin müzakirə edilməsinə şərait yaradıb", - sabiq nazir vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
XƏBƏR LENTİ
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
“Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Maaşlar artacaq: Saatlıq minimum əmək haqqı tətbiq olunacaq
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Arda ilə bağlı qərar verildi: Maaşı artacaq
-
Əməkdar artist 14 yaşında - (Foto)
-
Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi
-
Messisiz Argentina ilk oyunda uduzdu
-
Nurməhəmmədovla Dvalişvilinin davasının pərdəarxası
-
İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)
-
Nifrətə üç həftə: Avropa yeniyetmələri necə ekstremistə çevrilir
-
Putin 175 il sonra dəyişir: Çarın tikdirdiyi 22 saatlıq yolda SSRİ mühasirəyə düşmüşdü
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
"Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
7 alma 100 minə satıldı - (Fotolar)
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir - (Foto)





