Siyasət

Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi - Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf

13 Mart 2025 22:27
Baxış: 680

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, əməkhaqlarının da Ermənistan dramı ilə ödənildiyini deyib. "Biz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun", - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.