Ermənistandakı bu torpaqlarımız geri qaytarıla bilər
ABŞ Prezidenti Donald Trampın Ukraynaya yardım müqabilində Kiyevdən mineral ehtiyatlarını istəməsi dünya siyasi sistemində daşları tərpədib. Hətta bəzi ekspertlər ABŞ-ın Ukraynadan yardım qarşılığında ərazi tələb etməsinin mümkünlüyü haqda fikir yürüdürlər.
Analoji versiya Azərbaycan-Ermənistan münasibətlərinə də şamil olunur. Belə ki, rəsmi İrəvanın işğal müddətində vurduğu zərərə görə maddi təzminat ödəməli olduğu bildirilir. Təzminat ödəyə bilməyəcəyi təqdirdə bunu ərazi ilə əvəz etməsinə diqqət çəkilir.
Azərbaycan işğal müddətində vurulan zərərə görə Ermənistandan hansı mühüm əraziləri tələb edə bilər?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının fikrinə əsasən, 30 ildən çox müddətdə Ermənistanın Azərbaycan torpaqlarının təxminən 20 faizini işğalda saxlaması faktı onu göstərir ki, yeraltı və yerüstü sərvətlər talan edilib:
"Bununla bağlı çox sayda faktlar var. Qarabağ və ətraf ərazilərdə olan sərvətlər talan edilib. Ermənistan xarici şirkətlərin yardımı ilə Azərbaycanın sərvətlərini xarici ölkələrə daşıyıb. Azərbaycanın həmin ərazilərdəki maddi mədəniyyət abidələri dağıdılıb, yerlə yeksan edilib. Hesablamalara görə, Azərbaycana 800 milyard dollardan artıq ziyan dəyib. Xarici ekspertlərin araşdırmalarına əsasən ölkəmizə dəyən ziyana görə Ermənistan təzminat ödəməlidir".
Qafar Çaxmaqlının sözlərinə görə, Azərbaycan Qarabağ və ətraf ərazilərdə 30 il ərzində baş tutan iqtisadi cinayətləri bağışlamayacaq:
"Son vaxtlar tez-tez səsləndirilən fikirlərdən biri də Azərbaycan və Ermənistan arasında qısa müddətdə sülh müqaviləsinin imzalanması üçün tərəflərin bəzi məsələlərdə güzəştə getməsidir. Lakin rəsmi Bakı bu cinayətləri bağışlamayacaq. Beynəlxalq məhkəmədə Azərbaycan sözügedən məsələlərin üzərinə getməlidir. Ermənistan isə bu vəziyyətdən ciddi narahat olmağa başlayıb. Çünki qanunla üzərinə qoyulacaq böyük məbləğdə təzminatı ödəyə bilməyəcək. Praktikada belə təcrübə var ki, həmin təzminat ödənmirsə, əvəzində ərazi verilməlidir. Bu da Azərbaycana indiki Ermənistan ərazisində olan bəzi torpaqları geri qaytarmağa imkan yaradacaq. Rəsmi Bakı məsələnin üzərinə getməlidir. ABŞ-da Ukraynaya yardımların müqabilində mineral ehtiyatların verilməsini tələb edir. Azərbaycan da bunu dilə gətirməlidir. Ermənistanda belə bir mineral sərvətlər həqiqətən də var. Zod mədənlərini Azərbaycan təzminat olaraq Ermənistandan ala bilər. Əlavə olaraq qərbi Zəngəzur bölgəsində Mis-Molibden Kombinatını da Ermənistan büdcəsinin önəmli hissəsini təşkil edir. Azərbaycan buna qarşı da tələb irəli sürə bilər. Ümumiyyətlə, təzminat kimi çox şey alına bilər. Bu ətraflı araşdırılıb, plan tərtib olunmalıdır. Beynəlxalq məhkəmələrdə məsələni qazana bilsək Ermənistandan istədiyimizi ala bilərik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Peru Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev: Hərə deyir ki, mən qalibəm - VİDEO
-
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır - VİDEO
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
XƏBƏR LENTİ
-
Ana və qızın müzakirə yaradan VİDEOsu - 51 yaşlı qadın qızını kölgədə qoydu
-
Avropanın 30 il axtardığı qadın həbs edildi
-
Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından yola düşüb
-
"Çukur"un aktyoru yeni serialda - FOTO
-
“Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam”
-
Defnenin özündən 23 yaş kiçik sevgilisi
-
Sabah Rəvan Qarayevin toyudur
-
İran Küveytə ballistik raket atıb
-
İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır - SEPAH
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
-
Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Peru Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
5-ci sinif şagirdi vəfat etdi
-
"Qızım arzumu reallaşdırdı"
-
Prezident İlham Əliyev: Hərə deyir ki, mən qalibəm - VİDEO
-
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır - VİDEO
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO





