İcma: "Ermənistanın sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatıq"
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır.
Milli.Az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin "Armenpress" xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib.
"İlk olaraq vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir. Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonra məhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığını qeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdir edirik.
Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insan hüquqların qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır. Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlət səviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədə Qərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyəti gərginləşdirir", - bəyanatda vurğulanıb.
Bildirilib ki, baş nazirin iddiasının əksinə olaraq, Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə də Ermənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətlə istifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquq pozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimi peşmançılığını ifadə etmədiyini, siyasi dairələrində və cəmiyyətində revanşist əhvali-ruhiyyənin hökm sürdüyünü nəzərə alsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücum niyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar:
"Baş nazir Paşinyanın məqaləsində Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir. Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanın əsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əks olunduğuna dair fikirləri əsassızdır. Azərbaycanlıların paytaxt İrəvan daxil olmaqla, Ermənistanın bütün bölgələrində yaşamış olduqlarını və vaxtilə orada etnik üstünlüyə malik olduqlarını xatırlatmaqla bərabər, bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcması Ermənistandan zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, Ermənistanın ərazi bütövlüyünə hörmət etməklə, sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtması uğrunda mübarizə aparır.
Qərbi Azərbaycan İcması olaraq biz, Ermənistan hökumətindən sülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramını dayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geri qaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto-Video)
XƏBƏR LENTİ
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto-Video)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq





