Bir qrup Azərbaycan QHT-si ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bir qrup Azərbaycan QHT-si ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə Açıq Məktub ünvanlayıb.
Trend məktubu olduğu kimi təqdim edir:
"Hörmətli ABŞ-ın vitse-prezidenti cənab Ceyms Devid Vens (James David Vance)!
Hörmətli ABŞ-ın dövlət katibi cənab Marko Rubio (Marco Antonio Rubio)!
Hörmətli ABŞ-ın Xəzinədarlıq Katibliyinin rəhbəri cənab Skot Bessent (Scott Bessent)!
Hörmətli ABŞ Ticarət katibi vəzifələrini icra edən cənab Ceremi Pelter (Jeremy Pelter)!
Hörmətli ABŞ-ın Baş prokuroru xanım Pamela Bondi (Pamela Jo Bondi)!
Hörmətli Avropa İttifaqı Şurasının prezidenti cənab Antonio Koşta (António Costa)!
Hörmətli Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen (Ursula von der Leyen)!
Hörmətli Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi cənab Kaya Kallas (Kaja Kallas)!
Biz, aşağıda imzası olan Azərbaycanın qeyri-hökumət təşkilatları Ukraynada davam edən müharibə ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan Rusiyanın yan keçməsinə şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahat olduğumuzu bəyan edirik.
Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artımlar müşahidə edilməyə başlanıb. 2021-ci ildə Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi təxminən 2,5 milyard ABŞ dolları olduğu halda, 2024-cü ildə 5 dəfəyə qədər artaraq 12 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində 40-44% həddinə yüksəlib. 2024-cü il ərzində Ermənistanın əsas ixrac coğrafiyası Rusiyadan idxal edilən qiymətli metalların üçüncü ölkələrə yönəldilməsi səbəbindən Ərəb körfəzi ölkələri olub.
Ticarətin bu cür kəskin artması, xüsusən də yüksək texnologiyalı malların ixracı bu məhsulların hərbi məqsədlər üçün istifadəsi ilə əlaqədar ciddi narahatlıqlar yaradır. Ermənistanın 2024-cü ildə Rusiyaya ixracında önə çıxan yarımkeçiricilər, smartfonlar, rabitə cihazları və digər yüksək texnoloji avadanlıqların heç birini Ermənistan iqtisadiyyatı istehsal etməyə qabil deyil. Bu, Rusiyanın Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək malların ötürülməsini asanlaşdırmaqla sanksiyaların potensial pozulduğunu göstərir. Bu, Ermənistan kimi üçüncü iştirakçı vasitəsilə Rusiyanın sanksiyalardan yayınaraq, Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək mallar əldə etməsinə dəlalət edir.
Ermənistanın sanksiyalardan yayınmada artan rolu bu sanksiyaların Rusiyaya təsirini sarsıdan əhəmiyyətli boşluğa işarə edir. Bu vəziyyətə cavab olaraq, biz ABŞ və Aİ-ni aşağıdakı addımları atmağa çağırırıq:
Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın: Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik!;
Sanksiyaların tətbiqi gücləndirilsin: ABŞ və Aİ hökumətlərinin mövcud sanksiyaları daha ciddi şəkildə tətbiq etmələri vacibdir. Biz onları sanksiyalardan yayınmada roluna görə Ermənistana qarşı məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə və Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən istənilən dövlətə qarşı qəti addımlar atmağa çağırırıq.
Ermənistana diplomatik təzyiq gücləndirilsin: Biz Qərb hökumətlərini Ermənistanın Rusiyaya bu cür dəstəyini dayandırması üçün diplomatik səyləri gücləndirməyə çağırırıq. Ermənistana beynəlxalq hüquq üzrə öhdəlikləri, sülh və birgəyaşayış prinsiplərinə riayət etmək məsuliyyəti xatırladılmalıdır.
Ermənistanın Rusiyaya davamlı dəstəyi təkcə Ukraynada müharibəni uzatmır, həm də sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərə zərbə vurur. Ermənistanın öz hərəkətlərinə görə cavabdehlik daşımaması beynəlxalq hüququn növbəti dəfə pozulmasına təkan verir və sanksiyalar rejimini zəiflədir.
Biz qəti şəkildə inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın hərəkətlərini dayandırmaq və Rusiyaya qarşı sanksiyaların effektivliyini gücləndirmək üçün çox vacibdir. Ümid edirik ki, siz bizim narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynada münaqişəni qızışdırmasının qarşısını almaq üçün lazımi addımları atacaqsınız.
Sonda, biz sizə üz tutaraq təcili çağırış edirik: Ermənistanın Rusiyanı sanksiyalardan yayındırması dayandırılsın!".
Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor Vladimir Timoşenko, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kəramət İsmayılov, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Ramin Şərifov, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli imzalayıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
XƏBƏR LENTİ
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama





