BMT İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yayıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.
Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
"Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olmuşdur. Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir.
Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanın təşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərin sayı ona çatmışdır.
Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdim etməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətini sələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə, beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırır", - bəyanatda qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
XƏBƏR LENTİ
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür





