Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Ukraynanın ali müftisi Şeyx Əhməd Təmim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Dekabrın 25-də baş verən təyyarə qəzası ilə əlaqədar Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Ukrayna müsəlmanları, Ukrayna Müsəlmanları Ruhani İdarəsinin kollektivi adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Uca Yaradandan yaralıların tezliklə sağalmalarını diləyirik.
Allah ölənlərə rəhmət eləsin, doğmalarına və yaxınlarına səbir versin.
Tanrı ölkələrimizə sülh, firavanlıq və rifah nəsib etsin".
Milli.Az