SABAH proqramının əhatə dairəsi genişləndirilir
Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncam ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilir.
SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Elm və Təhsil Nazirliyi mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etməlidir;
hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu baxımdan ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırmışdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)
-
Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? - AQC rəsmisindən açıqlama
-
İrandan Almaniyaya gedən yükdə 29 kiloqram metamfetamin aşkarlandı
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib





