Siyasət

Ceyhun Bayramov Rafael Qrossi ilə görüşüb

25 Sentyabr 2024 08:45
Baxış: 141

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb.

Bu barədə Milli.Az Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabına istinadən xəbər verir.

Azərbaycan nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadəsində MAQATE-nin yoxlama sisteminin əvəzsiz rolunu vurğulayaraq, nüvə təhlükəsizliyini və onun möhkəmləndirilməsi üçün beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.

Xarici işlər naziri və baş direktor 2024-2029-cu illər üçün MAQATE ilə texniki əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üzrə Ölkə Çərçivə Proqramını (CPF) imzalayıblar.

Saziş texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.