Özbəkistan-Azərbaycan Media Forumu keçirilir - FOTO
24 sentyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində "Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə" mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, forumun açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir.
O qeyd edib ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir və bu kontekstdə I Özbəkistan-Azərbaycan Media Forumu xüsusi əhəmiyyət daşımaqla, dezinformasiyaya qarşı mübarizədə birgə səylərin gücləndirilməsini dəstəkləyəcək və mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaqdır.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov vurğulayıb ki, informasiyanın əsas resurs hesab edildiyi müasir dövrdə dezinformasiya vasitəsilə manipulyasiya ictimai asayişin sabitliyinin pozulmasına və dövlət qurumlarına inamın sarsıdılmasına səbəb ola bilər. Buna görə də, təcrübə və uğurlu modellərin mübadiləsi, yeni bacarıq və yanaşmaların öyrənilməsi çox vacibdir.
Media Forumda iştirakla yanaşı, Azərbaycan media nümayəndələrinin, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində özbəkistanlı həmkarları ilə görüşlər keçirmək imkanı əldə etdiyini qeyd edən K.Həsənov informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan media subyektləri arasında sıx əməkdaşlığının daha da gücləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb.
Sonda Forumda iştirak edən media nümayəndələrinə Azərbaycanda COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma, ümumilikdə Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə əhatəli və genişmiqyaslı məlumatlandırmanın təmin edilməsi, müxtəlif müstəvilərdə media dəstəyinin göstərilməsi barədə çağırış edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)





