Siyasət
Azərbaycan YUNESKO-da keçirilən Müxtəliflik Festivalında uğurla təmsil olunub
25 May 2010 19:47
Baxış: 169
2009-cu ildə olduğu kimi, bu il də mayın 17-26-da YUNESKO-da Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın mənəvi və maddi dəstəyi ilə təşkil edilmiş Mədəni özünüifadə müxtəlifliyi üzrə Ümumdünya Günü münasibətilə üçüncü ənənəvi Müxtəliflik Festivalı keçirilib.
Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyindən bildiriblər ki, bu festival Latın Amerikasından tutmuş, Yaxın Şərq və Cənub-Şərqi Asiyaya qədər mədəni müxtəlifliyi əks etdirən rəngarəng tədbirlərlə yadda qalacaqdır.
Təşkilatçılar festivalın nəfis şəkildə rəsmi kataloqunu və proqramını nəşr etdiriblər. Kataloqun "Müxtəlifliyin dostları" bölməsinin ilk səhifəsində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fotoşəkli və ölkəmizdə qeyri-maddi mədəni irsin təbliği və təşviqi sahəsindəki genişmiqyaslı fəaliyyəti barədə məlumat təqdim olunub. Məlumatda deyilir ki, Azərbaycanın birinci xanımı və onun prezidenti olduğu Heydər Əliyev Fondu qeyri-maddi mədəni irsin təşviqi, özünüifadə müxtəlifliyinin qorunması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun bu sahədə devizi belədir: Mədəni müxtəliflik bizi ayıran və fərqləndirən məsələ deyil, faktiki surətdə bütün bəşəriyyət üçün vahid gələcəyi hazırlayan, davamlılığı və yeniləşməni ifadə edən insani vəzifədir.
Fərəhləndirici haldır ki, Azərbaycan da bu ümumbəşəri bayramda fəal iştirak edib. Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə mayın 19-da və 21-də festival çərçivəsində təşkil olunan iki böyük konsertdə istedadlı skripkaçı, 12 yaşlı həmyerlimiz Elvin Hoca Qəniyev fəxri qonaq qismində çıxış edib. Mayın 19-da keçirilmiş "Sülh səsləri - birlik müxtəliflikdədir" adlı konsert proqramı isə həmyerlimiz, gənc skripkaçı Kamran Məmmədzadənin də daxil olduğu, o cümlədən 31 ölkəni təmsil edən 100-dən çox musiqiçidən ibarət olan Qətərin simfonik orkestri tərəfindən təqdim edilib.
Mayın 21-də keçirilmiş konsert Latın Amerikası və Karib ritmlərinin müxtəlifliyinə həsr olunub. Konsertlərdə iştirak edən bir çox tanınmış sənət ustaları Elvinin çıxışını bəyəndiklərini söyləyib və onun parlaq gələcəyinə əmin olduqlarını bildiriblər. Həmçinin konsertdən sonra YUNESKO-nun yüksək səviyyəli rəsmiləri və bu qurumda akkreditə olan daimi nümayəndəliklərin səfirləri Azərbaycan musiqiçisinin ifasından heyrətləndiklərini bildiriblər.
Qeyd edək ki, YUNESKO 2001-ci ildə Mədəni müxtəliflik üzrə Universal Bəyannaməni və 2005-ci ildə Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyanı qəbul etdikdən sonra mayın 21-i mədəni özünüifadə müxtəlifliyi üzrə Ümumdünya Günü elan edilib. 2008-ci ildən etibarən hər il bu tarixdə ənənəvi olaraq YUNESKO-da və dünyanın bir çox bölgələrində müxtəlif qitə və regionların mədəniyyətlərini əks etdirən konsert, sərgi və digər mədəniyyət tədbirlərindən ibarət olan Müxtəliflik Festivalı keçirilir.
/AzərTAc/

DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)