Siyasət

Bugünkü qlobal sınaqlara qarşı ən güclü dəstəyimiz Türk dünyasının birliyidir - Cevdet Yılmaz

6 İyul 2024 13:38
Baxış: 484

Bugünkü qlobal sınaqlara qarşı ən güclü dəstəyimiz Türk dünyasının birliyi və həmrəyliyidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdət Yılmaz bildirib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu birliyin və həmrəyliyin ən konkret təzahürüdür.

"Biz hamımız Türk Dövlətləri Təşkilatının əldə etdiyi əməkdaşlıq səviyyəsi ilə fəxr edirik. Dünyanın iqtisadi ağırlıq mərkəzlərinin dəyişdiyi, coğrafiyamızın əhəmiyyətinin artdığı bir dövrdə türk dünyası olaraq ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirəcəyimizə inanıram. Türk İnvestisiya Fondunun türk dünyasının iqtisadi və ticari inkişafına böyük töhfə verəcəyinə ürəkdən inanıram. Bildirmək istərdim ki, Macarıstanın da Fonda üzv olmaq üçün müraciət etməsi bizi sevindirir", - deyə C.Yılmaz deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.