Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert
Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi müxalifətin hakimiyyətə gəlmə potensialı birmənalı olaraq Azərbaycanla sülh prosesinin dayandırılması demək olacaq.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusiyalı politoloq İqor Korotçenko "Moskva-Bakı"ya müsahibəsində deyib.
"Onlar hakimiyyətə gəlsələr, sərhədin delimitasiyası və demarkasiyası prosesi də dayandırılacaq. Qalstanyanın dəfələrlə Azərbaycanın ali rəhbərliyinə qarşı kobud bəyanatlar səsləndirdiyini görmüşük. Qalstanyanın bacarıqsız olduğu göz qabağındadır. O, Erməni Apostol Kilsəsinin, eləcə də qlobal erməni elita və diasporunun əlaltısıdır. Baqrat Ermənistanın Azərbaycandan qisas almasının simvoludur", - o bildirib.
Korotçenkonun sözlərinə görə, Ermənistan praktikada hərbi yolla revanşa nail ola bilmir:
"Azərbaycanın heç bir münaqişəyə ehtiyacı yoxdur - o öz suverenliyini bərpa edib. Ermənistanın isə Azərbaycana qarşı tarixi ərazi iddiaları var. Və Türkiyəyə də. Dünən müxalifət mitinqində hökumət binasının üzərinə Ağrıdağ sözləri proyeksiya edib. Müxalifət aqressiya mənbəyidir. Bu cür aqressiya genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. Belə olan halda Ermənistan Zəngəzuru itirə bilər. Heç kim Ermənistan üçün döyüşməyəcək. Rusiya bunu etməyəcək. Ermənistan KTMT-də iştirakını dondurub, struktura rüsum ödəmir, Qərbə yaxınlaşır. Makron vədlərinə baxmayaraq, AB və ABŞ kimi İrəvan üçün ciddi heç nə etməyəcək. Qisas almaq istəyən müxalifət İrəvanı hərbi münaqişəyə cəlb edən kimi AB-nin müşahidə missiyası dağılacaq və onlar qısa bir zamanda Ermənistandan evakuasiya olunacaqlar. Ermənistan ərazisinin bir hissəsini itirəcək. Revanşist müxalifətin hakimiyyətə gəlməsi İrəvanı ərazisinin bir hissəsini itirmək, yeni hərbi-siyasi məğlubiyyət və kapitulyasiya ilə üzləşdirəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki





