Berlində Əfqan məzhəkəsi: suitilərin yeni "hami"si var
Xəzər suitisi -latınca "Pusa caspica" - heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Təhlükə altındadır, təbii şəraitdə son 10 ildə 50-80 % azalıb.
Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır. Yaşama müddəti 50 ildir.
Erkək cinsin dərisinin rəngi dişilərdən fərqli olaraq daha parlaq və kontrastlıdır.
Bunu niyə yazdıq? Çünki Xəzər suitiləri ilə bağlı narahatlıq var. Ekoloqlar, alimlər, qeyri-hökumət təşkilatları heç - onlar bilavasitə bu işlə məşğuldurlar və çalışırlar ki, Xəzər suitilərinin nəsli kəsilməsin.
Suitilərlə maraqlanlar, onlara canı yananlar arasında bir nəfər peyda olub.
Əfqan Muxtarlı.
"Siyasi mühacir", "siyasi qaçqın", "bloqer", "ictimai fəal", "jurnalist" və ilaxır.
Onun titulları arasına bu dəfə "Xəzər suitilərinin ictimai hamisi, suitilərin hüquqları uğrunda mübarizə fəalı" da əlavə oluna bilər.
Səbəb?
Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə rəsmi səfəri zamanı Almaniya rəhbərliyi ilə görüşlərin və danışıqların keçirildiyi məkanda, binanın qarşısında, yolun bu tərəfində iki yığnaq vardı.
Bir dəstə ermənilərdilər. Əllərində Ermənistan bayraqları, şüarlar, Xankəndindəki keçmiş separatçı xuntanın tetrisli əskisi və bir də təbil.
Bağırır, çığırır, təbili döyəcləyirdilər.
Onların yanında isə ermənilərlə az qala eyni məzmunda şüarlar tutmuş bir dəstə "siyasi mühacir" vardı, aralarında da Əfqan Muxtarlı.
Həmin "aksiya" başa çatandan sonra digər "siyasi mücahid" Qənimət Zahidin YouTube kanalında müsahibə verən Əfqan Muxtarlı bəyan etdi ki, sən demə, iki gün sərasər yolun bu tərəfində durublar, qışqırıblar, varlıqlarını göstəriblər.
O, "aksiya" zamanı bir sıra məqamlardan bəhs etdiyini deyib.
Məsələn, "Azərbaycanda 300 nəfər siyasi məhbus" olmasından, "kütləvi informasiya vasitələrinə və söz azadlığına güclü təzyiqlər"dən və s.
Bunları anladıq: "siyasi məhbus" və "mediaya basqı" ifadələri Avropa İttifaqı ölkələrinə yollanaraq orada ən müxtəlif yollarla "siyasi sığınacaq" alan, əksəriyyəti sonradan bu "imkan"a görə sığındıqları ölkələrin xüsusi xidmət strukturlarının təlimatlarıyla göstərişlərini icra etmək məcburiyyətində qalan "siyasi fəal"ların lüğətində mantra kimi təkrarlanan sözlərdir.
Deməsələr, həmin ifadələri sürəkli söylməsələr mühacir kimi aldıqları müavinətdən məhrum olmaqla yanaşı, deportasiya oluna bilərlər.
Əfqan Muxtarlının "perfomans"ı onların indiyədək etmədikləri bir əməldir.
Bu şəxslərin lüğətindəki və çıxışlarındakı artıq klişeyə çevrilərək nimdaşlaşmış iddialarla suçlamaların yanında qəflətən "Xəzərin çirklənməsi, suitilərin həyatına təhlükə yaranması" kimi ifadələrin yer alması ilk baxışdan absurd təsiri bağışlaya bilər.
Gerçəkdən də, axı Əfqan Muxtarlı hara, Xəzərin ekoloji durumu və ya suitilərlə nerpalarla bağlı problemlər hara?
Və ya ümumiyyətlə, Əfqan Muxtarlı suitilərin təsnifatını, Xəzər suitisinin nerpadan fərqini bilirmi? Çətin. Onun ekologiya sahəsində biliklərinin də olmadığı məlum.
Fəqət, təlimat alınıbsa, əmr eşidilibsə və oxunubsa, mütləq icra olunmalıdır.
Suitilərlə bağlı olsa da.
Əfqan Muxtarlığının lüğətindəki yeni ifadələr əslində çox incə mətləbdən xəbər verir.
Bu il Bakıda COP-29 kimi dünya miqyaslı tədbirin keçirilməsi ərəfəsində xaricdəki fiqurlar aktivləşiblər. Onlara artıq ekologiya,təbiətin mühafizəsi mövzularında Azərbaycana qarşı ittihamlarla çıxış etmək əmri verilib.
Məqsəd COP-29-a ev sahibliyi edəcək ölkəmizlə bağlı sosial şəbəkələrdə "tənqidi mühit"in yaradılmasıdır ki, sonradan Qərbin bəlli mass-mediası bütün bunları "Azərbaycanın siyasi fəalları Bakının əməllərini ifşa edir" kimi bayağı məzmunda propaqandaya başlasınlar.
"Siyasi fəal"lara isə məzmun maraqlı deyil: təki pul olsun, təki deportasiya təhlükəsi yaranması, təki onlar "Bakıdakı rejimə qarşı mətin mübariz" imici əldə etsinlər.
Suitilər və ya nerpalar barədə danışmaq, hətta Bakı buxtasındakı krevetkalarla kefalların hüquqlarının qorunması kampaniyasına başlamaq da olar.
Nə olsun ki, Əfqan Muxtarlı və ya başqa "siyasi mühacir"lər Xəzərin florası ilə faunasından tam bixəbərdirlər?
Əsas ssenarini icra etməkdir.
Yaranan mənzərə gülüş və ikrah doğursa da...
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
XƏBƏR LENTİ
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın





