Siyasət

İlham Əliyev - Putin görüşünün yeni eksklüziv görüntüləri - VİDEO

29 Aprel 2024 11:14
Baxış: 1 054

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb.

Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiya 1" telekanalının tanınmış jurnalisti Pavel Zarubin öz teleqram kanalında paylaşıb.

O, paylaşımını "Putin və Əliyev. Görüşün hələ heç kimin görmədiyi ən maraqlı kadrları" deyə şərh edib. Kadrlarda Rusiya və Azərbaycan liderləri arasındakı görüşdə, eyni zamanda İlham Əliyevin yola salınma mərasimində səmimi münasibəti görmək mümkündür. Həmin video sosial şəbəkələrdə istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Bu görüntülər Ermənistan ictimaiyyətini və siyasi çevrələri narahat edib. Bu kadrların Ermənistandan şərhini təqdim edirik: "İlham Əliyevin Moskvadakı son görüşünün yeni yayılan kadrları onun Kremldəki vəziyyətə mükəmməl nəzarət etdiyini açıq şəkildə nümayiş etdirir. Münasibətlər rahat və səmimi idi, dərhal aydın olur ki, Vladimir Putin İlham Əliyevin yerini çox yüksək qiymətləndirir və bu, bütün nüanslarda, məsələn, Putinin Əliyevi maşına qədər müşayiət etməsində özünü göstərir. Bu, Moskva və Bakının müxtəlif strateji təşəbbüslərdə ideal müttəfiq və hətta qardaş olması tezimizi bir daha təsdiqləyir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.