Siyasət

Prezident: Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır

28 Aprel 2024 22:56
Baxış: 522

Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.