AzərTAc xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
Andorralı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər nümayiş olunur.
Burada, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş etdirilir.
G.Saboya Sunye Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışdır.
Milli.Az
Siyasət
Andorra Knyazlığının xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub
4 İyun 2012 22:06
Baxış: 420
DİGƏR XƏBƏRLƏR
-
Vardanyanın ömürlük azadlıqdan məhrum olunması təklif edilib - FOTO
-
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO
-
Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
-
Kamaləddin Qafarov: “Amnistiya mühüm siyasi və humanist addımdır”
-
Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışladı
XƏBƏR LENTİ
-
Çox adam arıqlamaq üçün belə edir, amma kökəldir
-
ABŞ-də təyyarə qəzası: Ölənlər var - FOTO
-
Tərk edilmiş lüks avtomobil salonu TAPILDI: nadir modellər heyrət doğurdu - FOTOlar
-
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
-
“Sabah” “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib
-
Vardanyanın ömürlük azadlıqdan məhrum olunması təklif edilib - FOTO
-
Vilayət Eyvazov bu vəzifəyə seçildi
-
Səidə efirlərə çıxmamağının səbəbini açıqladı
-
Sabah Bakının 3 rayonunda qaz kəsiləcək
-
Vəli Vəliyev vəfat etdi
-
“Qarabağ”da ciddi itki
-
Hotel güzgülərindən sizə baxırlar? - Belə yoxlamaq olar - VİDEO
-
Rəqsanə həyat yoldaşının VİDEOsunu paylaşdı
-
Bu kollecə qəbulda imtahan fənlərinin sayı azaldıldı
-
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO
-
Bağırsaq xərçənginə qalib gələn 25 yaşlı qız 3 vacib əlaməti açıqladı - FOTO
-
Türkiyədə saxlanılan Aleyna Tilki və digər məşhurlar sərbəst buraxıldı - YENİLƏNİB - FOTO
-
Bu şəhər “Bitcoin”lə qurulur
-
Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kəsdən yaxşı anlayır - Cavid Musayev
-
Eçmiədzində toqquşmalar başlayıb, saxlanılanlar var
-
Mühərrikin ömrünü səssizcə "yeyən" maddə - Litri 5 manatdan başlayır
-
“Hazırda “bomj” kimi bir həyat yaşayıram...”
-
Üzündən oxuya bilmir, hər il yarısı ana dilindən kəsilir - Rus bölmələrində dil problemi - VİDEO
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur





