Siyasət

Uşaqbaz, alverçi, fırıldaqçı və cani səfir - DETALLAR - VİDEO - FOTO

22 Yanvar 2024 16:09
Baxış: 4 210

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi çoxsaylı cinayətlərdə şübhəli bilinir.

Milli.Az bildirir ki, əslən erməni olan fransalı jurnalist Leo Nikolyan səfirlə hava limanında qarşılaşanda ona suallarını ünvanlayıb.

Ermənistanda ermənilərə Fransa vizalarının 3500 avrodan satılması, hətta İrəvanda Fransa pasportları ilə alverlə bağlı suallara səfir cavab verməyib.

Halbuki O.Dekottinyi Ermənistandakı diplomatik immunitetindən və toxunulmazlığından yararlanaraq viza, sonra da pasport alveri ilə məşğul olmaqda şübhəli bilinir.

Habelə, səfirin Antuan Tessye ad və soyadı ilə saxta pasporta malik olduğu, bu pasportla otellərdə nömrə tutaraq uşaqbazlıqla məşğul olduğu da söylənir.

Ermənistanda səfir təyin olunmazdan əvvəl İraqın şimalındakı Ərbil şəhərində Fransanın baş konsulu vəzifəsində çalışarkən O.Dekottinyi 12 yaşlı kürd qıza təcavüzdə suçlanmışöı. Habelə onun İraqdan Fransaya narkotik maddələrin qaçaqmal yolla göndərilməsində əli olduğu da vurğulanır.

Jurnalistin suallarına O.Dekottinyinin cavabı absurd olub. O, jurnalisti "HƏMAS-ı dəstəkləmək"də və "antisemitizm"də ittiham edib.

Daha sonra isə o, qaçaraq aradan çıxıb.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.