Siyasət

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib

30 Dekabr 2023 16:49
Baxış: 865

Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 15.3-cü maddə əlavə edilib:

"15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 - 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.".

Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.