Serbiya mediası Prezident İlham Əliyevin səfərini geniş işıqlandırıb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri, iştirak etdiyi tədbirlər və keçirdiyi görüşlər yerli mətbuatın diqqət mərkəzindədir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Serbiya mediası Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verib.
"Novosti", "Index", "NSPM", "Informer", "Opstina Sokolac" kimi saytların yaydığı materiallarda Prezident İlham Əliyevin mərasimi dostluq və strateji tərəfdaşlığın sübutu adlandırdığı, qaz interkonnektorunun Serbiya və Bolqarıstanın, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğuladığı qeyd olunur. Layihənin "köhnə qitə"nin enerji xəritəsini dəyişdiyi bildirilir.
Yazılarda istifadəyə verilən interkonnektor sayəsində Serbiyanın Azərbaycandan təbii qaz tədarükünə başlayacağı qeyd olunur. Boru kəmərinin istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına töhfə verəcəyi vurğulanır.
Serbiyanın Azərbaycanın qaz ixrac etdiyi 9-cu ölkə olduğu, ölkəmizin 2027-ci ilədək Avropaya qaz ixracının həcmini iki dəfə artıracağı bildirilir. Diqqətə çatdırılır ki, Serbiya bununla da enerji mənbələrini şaxələndirir və daha da möhkəmləndirir. Boru kəməri Serbiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Şərqi və Mərkəzi Avropa ölkələrinə əlavə təchizat imkanı verəcək. Bu interkonnektorun istifadəyə verilməsi həm Serbiya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir.
"Beta", "Politika", "SRNA", "Alo" və "Gradske info" xəbər portalları isə Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin təkbətək görüşdə ölkələr arasında ikitərəfli və iqtisadi əlaqələrin qarşılıqlı maraq doğuran bütün vacib mövzular ətrafında müzakirələr apardığını yazıb. İki ölkə lideri, həmçinin regional və geosiyasi məsələləri də müzakirə edib. Serbiya Prezidenti ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əla münasibətlər qurmağı bacarmasından qürur duyduğunu deyib.
İki ölkə əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, Azərbaycan və Serbiyanın strateji tərəfdaş olduğu bildirilir. Qeyd olunur ki, iki ölkə strateji tərəfdaşlıq çərçivəsində enerji sektoru ilə yanaşı, hərbi sənaye, yüksək texnologiyalar və üçüncü bazarlar üçün birgə istehsal kimi əməkdaşlığın təkmilləşdirildiyi çoxsaylı digər sahələrdə birgə işlər görür.
"Srbija Danas", "RTV BN", "Tanjug" Azərbaycan və Serbiya prezidentlərinin səfər çərçivəsində hərbi texnika və avadanlıqlara baxdığını yazıb.
Bildirilir ki, hərbi aerodromda Serbiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin silah və imkanlarının təqdimatı olub. Həmçinin pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin, hava və quru döyüş platformalarının təqdimatı keçirilib, Paraşüt briqadası və digər xüsusi təyinatlı birləşmələr öz imkanlarını təqdim edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





