Tural Gəncəliyev: Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Xankəndi şəhərində Qarabağ universitetinin yaradılması tarixi hadisədir.
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xankəndidən seçilən deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, bu, həm də vaxtilə Qarabağda mövcud olmuş güclü təhsil ənənələrinin, intellektual potensialımızın yenidən gücləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi baxımından önəmlidir: "Xankəndidə Azərbaycan Pedaqoji İnstitutun filialı 1969-cu ildən fəaliyyətdə olub. Mənim atam 1975-80-ci illər ərzində - mən hələ dünyaya gəlməzdən öncə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə yenidən ali təhsil müəssisəmizin - Qarabağ Universitetinin yaradılması həm keçmişdə olan güclü təhsil ənənələrimizin bərpası, həm Qarabağda olan intellektual, insan kapitalının irəliyə aparılması, inkişaf etdirilməsi baxımından çox önəmlidir".
Deputat diqqətə çatdırıb ki, Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib: "Bu baxımdan Qarabağ Universitetinin yaradılması ilə bu ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz həm də ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Bərpa və quruculuq təkcə gözəl binaların, gözəl infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Eyni zamanda biz insan kapitalımızın əvvəl mövcud olan potensialının yenidən bərpasını hədəfləyirik və bunu həyata keçiririk".
Tural Gəncəliyev qeyd edib ki, 1970-ci illərdə Xankəndidə Pedaqoji İnstitutun filialının fəaliyyəti çox böyük əhəmiyyət daşıyıb. Ümummilli liderimiz Heydər Əliyev bu institutun fəaliyyətinə xüsusi diqqət yetirib: "Ondan əvvəlki tarixə baxsaq, çar Rusiyasının, hətta ondan əvvəlki dövrlərdə belə Qarabağ öz mütəfəkkirləri, güclü intellektə malik şəxsləri ilə fərqlənib. Qarabağnamələrin yazılması da bunu bir daha təsdiq edir. Molla Pənah Vaqifdən üzü bu yana Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli kimi təkcə musiqi əsərlərində deyil, eyni zamanda intellektual əsərləri ilə ədəbiyyat tariximizdə güclü rol oynayıblar. Biz həmçinin Şuşanın vaxtilə Qarabağın ən güclü intellektual mərkəzlərindən biri olduğunu da unutmayaq. Ümumiyyətlə, Qarabağ Universitetinin yenidən təsis edilməsi bu irsin yaşadılması yönündə də önəmli addım olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto/Video)





