Siyasət

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçiriləcək

9 Noyabr 2023 07:35
Baxış: 613

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, sammitdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyə liderlərinin iştirakı gözlənilir.

Xatırtladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.

Qeyd edək ki, tədbirin keçirilməsi barədə razılıq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçıları Şurasının oktyabrın 10-da Şuşa şəhərində keçirilmiş 27-ci iclasında əldə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.