Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Qala divarına və ətraf əraziyə baxıblar - VİDEO - FOTO

7 Noyabr 2023 17:02
Baxış: 688

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində Qala divarına və ətraf əraziyə baxış keçiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri ilk dövrlərdə Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılırdı. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılıb. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa qalasının üç əsas qapısı var idi: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün Baş planlarında qeyd edilir. Şəhər işğaldan azad edildikdən dərhal sonra tarixi Şuşa qalasında bərpa işləri görülüb. Qala üzərindəki Şuşa yazısı bərpa edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.