Qubadlı şəhərinin işğaldan azad olunmasından 3 il ötür
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.
Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.
İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasında "Qubadlının azad olunmasına görə" medalı da təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr - Qubadlı şəhəri günü kimi təsis edilib.
Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
XƏBƏR LENTİ
-
Pomidoru soyuducuda saxlamayın
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)





