Ermənilərə "molla zərbəsi"
Özünü daim sülhsevər, ölkəsini demokratik kimi təqdim edən Makron yenə də belə görünmək ənənəsini davam etdirir. Belə ki, Fransa prezidenti indi də İsrail-Fələstin münaqişəsinin həllinə töhfəsini vermək üçün Tel-Əvivə yollanıb. Makronun təyyarəsi bugün İsrailin Təl-Əviv şəhərinin Ben-Qurion hava limanında eniş edib. Onun səfəri həlak olanların ailələrini ziyarət etməklə başlanacaq. Makron HƏMAS-ın hücumu nəticəsində ölən 30 fransıza görə İsrailə getsə də, onun məqsədi bəllidir.
Göründüyü kimi Fransanın yerləşdiyi ərazidən kilometrlərlə uzaqda yerləşən ölkələrin daxili işinə qarışmağı adi hala çevrilib. HƏMAS tərfindən 30 vətəndaşı həlak olan, 7-si ölən Fransanın bu məsələyə qarışmasını haradasa anlamaq olar, amma, Makronun ermənilərin canına onlardan daha çox yanırmış kimi göstərməsi onun məkrli planları olduğunu deməyə əsas verir.

Ermənistanın müdafiə naziri Suren Papikyan XİN başçısı Ararat Mirzəyan Tehranda olarkən Parisdə Fransada müdafiə naziri Sebastyan Lekornyü ilə görüş keçirib. Tərəflər arasında hərbi saziş imzalanıb. Həm Fransa, həm də Ermənistan tərəfi bunu "müdafiə xarakterli" kimi təqdim etsə də, reallıq hər kəsə bəllidir. Beləliklə, Ermənistan zəif yeri olan hava hücumundan müdafiə boşluğunu GM200 radar sistemi və "Mistral" müdafiə sistemləri ilə doldurmağı planlaşdırır.
Bu sazişin imzalanması Paşinyanın dedikləri ilə ziddiyət təşkil edir. Dekabr ayına qədər sülh müqaviləsinin imzalanacağını deyib, sonra da silahlanmağa fokuslanmaq hər hansı məntiqə sığmır. ASALA-nı diriltməyə çalışan Ermənistan partizan müharibəsinə, terror aktlarına hazırlaşır. ASALA-nın başqa bir forması olan VOMA təşkilatının elanı da bunu göstərir. Bu məsələdə isə Ermənistanın ən böyük dəstəkçisi Fransa, xüsusilə də Makrondur.
Ermənistanın Fransanın əlində alətə çevrilməsi regionda sülhə maneədir. Aydın məsələdir ki, regional sabitliyə gedən yol Ermənistanla sülh müqaviləsinin imzalanmasından keçir. Bunu "3+3" formatında (Azərbaycan, Türkiyə, Ermənistan, İran, Rusiya) xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan da bildirib.

Sözügedən görüşdə Fransaya mühüm ismarış İran xarici işlər naziri Hüseyn Abdullahiandan gəlib. O, bildirib ki, regiondakı məsələləri həll etmək üçün elə bu zonadakı ölkələr səy göstərsə daha yaxşı olar. Lavrov isə hərzamankı tərzdə açıqlama verərək iki ölkə arasında delimitasiya prosesinin başlanmasına Moskvanın yardım etməyə hazır olduğunu söyləyib. Ceyhun Bayramov görüşdə bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.
Tehrandakı sammit göstərir ki, Ermənistan istisna olmaqla, sammitdə iştirak edən ölkələr, hətta, görüşdə iştirak etməyən Gürcüstan da, regionda sülhün tərəfdarıdır. Ermənistan isə bunu sadəcə dildə deyir, eyni anda da Fransa tərəfindən silahlandırılır. Bu ziddiyyət onu deməyə əsas verir ki, Ermənistanın münaqişənin həllinə münasibəti birmənalı deyil.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
XƏBƏR LENTİ
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)





