Ermənistan Baş Prokurorluğu separatçıların keçmiş "müdafiə naziri" Samvel Babayanın ifadələri əsasında cinayət işi açıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, iş Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə - 550-ci (hərbi vəziyyət, müharibə və ya döyüş zamanı komandir və ya vəzifəli şəxs tərəfindən xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə), habelə 545-ci (təslim olma və ya hərbi xidmətdən imtina etmə) başlanıb.
Qeyd edək ki, bundan əvvəl Babayanın Ermənistan mediasına verdiyi açıqlamalar ciddi müzakirə və hiddətə səbəb olub.
Milli.Az